“Azersun Holding” çap ilə bağlı iri layihənin icrasına başlayır - FOTO
İlk dəfə olaraq bir Azərbaycan şirkəti çap infrastrukturunun idarəetmə sisteminin tətbiqini nəzərdə tutan belə irimiqyaslı layihənin icrasına başlayır
(®) Azərbaycanda qida məhsullarının istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərən aparıcı şirkətlər qrupu olan “Azersun Holding”in, eləcə də Azərbaycan bazarının ən böyük İT distribütorlarından biri olan “Gulfstream Distribution”ın əməkdaşlarından ibarət nümayəndə heyəti 25 oktyabr 2023-cü il tarixində “Canon CEE GmbH” şirkətinin Vyanada (Avstriya) yerləşən ofisində olub.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətini “Canon CEE” şirkətinin B2C satış və marketinq direktoru Maksim Boyko, B2B satış və marketinq direktoru Saso Lukiç, həmçinin Azərbaycan da daxil olmaqla 9 ölkə üzrə regional meneceri Əlişir Kərimov qəbul edib.
“Canon”un Avropa ofisinə səfərin əsas məqsədi şirkətin infrastrukturun idarə edilməsi üzrə aparıcı məhsulu - “uniFLOW” ilə tanışlıq olub. Bu sistem zəruri çap siyasətinin icrasına çevik yanaşma nümayiş etdirməklə, şirkəti tamamilə yeni təhlükəsizlik səviyyəsinə çıxarmağa və cari xərcləri əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Bundan əlavə, “uniFLOW” sistemi bütün çap infrastrukturunu müxtəlif funksiyalarla təmin edir. Bu, çap qurğularının sistemə inteqrasiyası üçün müxtəlif variantların mümkünlüyünü nəzərdə tutan multivendor məhsuludur.
Qeyd edək ki, son vaxtlar Azərbaycan şirkətləri tərəfindən bu növ məhsullara marağın artması müşahidə olunur. Əvvəllər bu cür həllərin əsas sifarişçiləri çap infrastrukturunun idarəetmə sistemlərinin tətbiqi üzrə qlobal təcrübəyə malik beynəlxalq şirkətlər idi. Bir çox hallarda sistemlər çap autsorsinqi üzrə kompleks layihələrin tərkib hissəsi kimi həyata keçirilirdi və əsas nəzarət və idarəetmə funksiyalarını təmin edirdi. Artıq əminliklə deyə bilərik ki, ilk dəfə olaraq bir Azərbaycan şirkəti çap infrastrukturunun idarəetmə sisteminin tətbiqini nəzərdə tutan belə irimiqyaslı layihənin icrasına başlayır. Gələcəkdə bu, Azərbaycanda bir çox təşkilatların daxili strategiyanın tərkib hissəsi kimi oxşar həllərə keçməsi üçün təkan olacaq.
“Azersun Holding”in son illər öz biznes prosesləri üçün rəqəmsallaşma strategiyası həyata keçirdiyini və bunun bariz nümunəsi kimi şirkətlər qrupunun SAP şirkətinin həllərinə keçid etdiyini nəzərə alsaq, “Canon”un “uniFLOW” səviyyəsində həllərinə maraq göstərilməsi kifayət qədər anlaşılandır. Bu zaman iqtisadi faydalardan əlavə, işin effektiliyinin və məlumatların təhlükəsizliyinin artması, avtomatlaşdırma və xərclərin azaldılması ön plana çıxır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
6 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
20 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
21 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
22 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
