Gələcəyin şirkətlərinə sərmayə yatırmaq öyrədiləcək - AZƏRBAYCANDA YENİ MƏKTƏB QEYDİYYATA BAŞLAYIB
Azərbaycanda ilk dəfə "Technovate - Sabah Mələk İnvestorlar Klubu"nun Mələk İnvestorlar Məktəbi (Angel İnvestor School) fəaliyyətə başlayıb. Bu məktəbin məqsədi Azərbaycanda mələk investorlara ilk öncə nəzəri, sonra isə onları klub üzvü etməklə praktik biliklər verməkdir.
Bunu Marja-ya “Technovate - Sabah Mələk İnvestorlar Klubu”nun həmtəsisçisi Fərid İsmayılzadə bildirib.
Onun sözlərinə görə, mələk investor adətən ildə 3 – 50 min ABŞ dolları civarında məbləği startaplara risk edərək yatırımlarını 10 və bəzən də, hətta 100 dəfə artırmaq istəyən şəxslərdir. Startaplara bu tip yatırımlar dünyada ən yüksək gəlirli yatırımlar hesab olunur. Məhz buna görə dünyadakı ən dəyərli şirkətlər nə zamansa startap olmuşdur. Onların qurucuları isə dünyanın ən varlı insanlarıdır. Bu cür yüksək gəlirliliyin öz riskləri ilə olduğuna görə onun sirlərinə bələd olmaqda bir fayda var. Bundan əlavə startaplar bazar hədəflərinə uyğun olaraq öz ölkələrində, regionda və ya dünyada ciddi müsbət dəyişiklərə səbəb olurlar.
Fərid İsmayılzadə əlavə edib ki, pu proqramdan məzun olmuş mələklər daha çox inkişaf etmiş ölkələrin, xüsusi ilə də ABŞ startaplarına sərməyə yatırmaq imkanı əldə edəcəklər. Onlara startaplardan ibarət portfel yaratmaq, düzgün seçimlər etmək və maksimum uğurlu nəticələr əldə etmək üçün nəzəri biliklər veriləcəkdir.
Məktəbin ilk qrupu barədə əlavə məlumatı www.angelinvestor.az saytından əldə etmək mümkündür. Kursun dili ingiliscə və təlimçiləri isə ABŞ ekspertləri olacaqdır. Kursa qeydiyyat Noyabr ayının 1-inə qədər 255 manatdır. Ödəniş zamanı Marja.az promo kodunu daxil etməklə daha 10% endirim əldə etmək mümkündür".
XXX
DƏRSLƏRİ ABŞ TƏLİMÇİLƏRİ KEÇƏCƏK
"“Technovate - Sabah Mələk İnvestorlar Klubu” tərəfindən ölkəmizdə ilk dəfə olaraq yaradılan Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb".
Bu bardə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.
Nazir qeyd edib ki, tədris prosesində mələk investor olmaq istəyənlər ABŞ təlimçilərindən nəzəri bilikləri və təcrübəni mənimsəyəcəklər və qabaqcıl ölkələrin, xüsusilə də ABŞ-nin startaplarına sərmayə yatırmaq imkanı əldə edəcəklər.
"Bu layihə ölkəmizdə startap ekosisteminin innovativ əsaslarla inkişafına, investisiya fəaliyyətinin və#biznes mühitinin təkmilləşməsinə töhfə verəcək",- nazir qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub





















