"Bank BTB" maliyyə göstəricilərini açıqladı
"Bank BTB"nin əməliyyat mənfəəti 15 dəfəyə yaxın artıb."Bank BTB" ASC 2023-cü ilin 9 ayı üzrə (yanvar-sentyabr) maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə "Bank BTB"nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 25 milyon 885 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 23 milyon 990 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 895 min manat təşkil edib. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 2 milyon 528 min manat ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 9 ayı ərzində "Bank BTB"nin əməliyyat mənfəəti 129 min manat təşkil etmişdi və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 5 milyon 872 min manat ayırmışdı. Beləliklə, "Bank BTB"nin əməliyyat mənfəəti 2023-cü ilin 9 ayında ötən ilin eyni dğvrü ilə müqayisədə 14,7 dəfə artıb.
BANK BÖYÜYÜB
30 Sentyabr 2023-cü il tarixində "Bank BTB"nin cəmi aktivləri 376 milyon 759 min manat, o cümlədən müştərilərə verilmiş kreditlər (xalis) 276 milyon 854 min manat təşkil edib. Ötən ilin eyni tarixində Bank 361 milyon 438 min manat cəmi aktivlərə və 238 milyon 980 min manat xalis kredit portfelinə malik olmuşdu.
"Bank BTB"də müştərilərin müddətli depozitləri 30 dentyabr 2023-cü il tarixində 135 milyon 361 min manat təşkil edib ki. bu da ötən ilin eyni tarixindəki məbləğə yaxındır.
30 Sentyabr 2023-cü il tarixində "Bank BTB" ASC 52 milyon 969 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
50 d. əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 18 saat əvvəl
-
-
18 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)







.jpg)






