Qarabağda ilk elektronika və məişət texnikası mağazasını İrşad açır
Yeni vakansiyalar var!(®) Vətən müharibəsi günlərində istər ordumuza istərsə də hərbçi ailələrinə dəstəyi ilə fərqlənən, mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri “İrşad” azad olunan torpaqlarda vətəndaşlara xidmət göstərəcəyini qürurla elan edir!
Şirkət yaxın günlərdə Qarabağda – Füzuli şəhərində ilk mağazasını açmağa hazırlaşır. Mağazanın açılışı münasibətilə Füzuli sakinləri üçün İrşad-da karyera imkanları da yaranıb. Artıq əməkdaşlıq etmək istəyənlər üçün vakansiyalar elan edilib, seçimlərə başlanılıb. Şirkət nümayəndələri ilə Füzuliyə qayıdan sakinlər arasında görüşlər keçirilib. Seçimlər başa çatdıqdan sonra mağazanın rəsmi açılışı olacaq.
İrşad-la karyerasını qurmaq istəyənlər https://irshad.az/sirket/vakansiyalar səhifəsinə daxil olaraq müraciət edə və yaxud hazır CV formasını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd edək ki, 23 ildir fəaliyyət göstərən İrşad hazırda ölkənin elektronika sahəsi üzrə lider şirkətlərindəndir.
“İrşad” II Qarabağ döyüşləri müddətində bir çox sosial layihələri ilə fərqlənib. Şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini dondurub. Zəfər döyüşləri müddətində şəhid olan, yaralanan hərbçilərin kredit borclarını isə tam silib. Həmçinin, Qarabağ uğrunda döyüşlərdə yaralanan hərbçilərimizin və səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 100 ailəyə 30 000 manat həcmində birdəfəlik maddi yardım təqdim edib. Ordumuza dəstək olmaq məqsədi ilə “İrşad Electronics” Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat vəsait köçürüb, cəbhə bölgəsində çətin dağlıq şəraitdə xidmət edən hərbiçilərimizə 20.000 manat dəyərində isti geyim yola salıb. Bununla kifayətlənməyən şirkət yaralı qazilərimizə 100 ədəd mobil telefon bağışlayıb. Həmçinin həmrəylik günü ərəfəsində 100 şəhid övladının təhsilinə dəstək naminə 100 ədəd planşet hədiyyə etdi. Müharibə müddətində mülki vətəndaşlara edilən hücum nəticəsində hər iki valideynini itirmiş, Gəncə sakinləri Xədicə və Nilayı isə 18 yaşına qədər himayəsinə götürüb.
Əlavə məlumat üçün: *0171
Müştərilərin xəbərləri
Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 13 d. əvvəl
-
-
50 d. əvvəl
AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır
- 56 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın avtomobil şirkəti özünün logistika şirkətini qurur
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
16 saat əvvəl
ABŞ və Ermənistan “Tramp marşrutu”nun reallaşdırılması üçün birgə işçi qrupu yaradıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb
Bank 40-cı filialını Göyçayda açdı
BİRMARKET-də ŞOOOK Cümə!
Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq
Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Fabrik avadanlıqları satışa çıxarılıb
BOKT ləğv edilir, kreditorlarına müraciət edir
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq


















.jpg)


