Milli Məclis Bəyanat qəbul etdi
Milli Məclis İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edibMilli Məclisin xüsusi iclası keçirilib.
İclasda İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Bəyanat müzakirəyə çıxarılıb.
Bəyanatı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu oxuyub.
Bəyanatda bildirilir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizi regionun güc mərkəzinə çevirib: “Azərbaycanı dinamik inkişaf yoluna çıxaran Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 ili tamam olur. Dövlətimizin başçısı ötən müddətdə ölkəmizin sabitliyinin təmin etməklə bərabər, onu dayanıqlılığını təmin edib, ən əsası Azərbaycanın tam suverenliyi bərpa edilib. Hər bir azərbaycanlının prezidenti olmağı bacaran Prezident İlham Əliyev ölkəmizin dünyada nüfuzunun daha da artmasına nail olub. Azərbaycan dilinin, adət-ənənələrimizin qorunub saxlanılması, dünya azərbaycanlılarının hüquqlarının qorunması diqqətdə saxlanılır.
Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində dövlətimizin suverenliyi ölkəmizin bütün ərazilərində bərpa edildi. Qarabağda qalan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün işlər görülür. Ermənistanla sülh danışıqları davam etdirilir. Hazırda azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri geniş vüsət alıb. İnamla söyləmək olar ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın dilbər guşələrindən birinə çevriləcək. Milli Məclis əmindir ki, İlham Əliyevə xas olan siyasi səriştə sayəsində Azərbaycan inamla irəliləməyə nail olacaq”.
Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
11 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























