Gədəbəydə etiraz olunan şirkət Azərbaycan bankından 10 milyon borc götürdü

Azərbaycanda qızıl, mis və gümüş istehsalçısı "Anglo Asian Mining plc" Azərbaycan Beynəlxalq Bankından ("ABB" ASC) 10 milyon dollar kredit götürüb.
Marja.az Şirkətə istinadən xəbər verir ki, kredit 6,5 faiz sabit faiz dərəcəsinə malikdir və 3 il ərzində geri qaytarıla bilər.
Qeyd edək ki, "Anglo Asian Mining plc"nin Gədəbəyin Söyüdlər kəndində qızıl hasilatı kənd əhalisinin etiraz aksiyalarına səbəb olmuşdu. Sakinlər iddia edirlər ki, qızıl hasilatı ətraf mühiti çirkləndirir.
"Anglo Asian Mining plc" qeyd edib ki, kredit "Micon" şirkətinin ətraf mühit barədə hesabatının dərcindən sonra alınıb.
Cəlb edilən vəsait şirkətin fəaliyyətinin yenidən bərpası və digər xərclər üçün istifadə olunacaq.
"Anglo Asian Mining plc" bildirib ABB-dən qalan çəkilməmiş kredit xətti 18,8 milyon ABŞ dollarıdır. Şirkət həmçinin Access Bank-dan 5,6 milyon ABŞ dolları məbləğində 6 faiz dərəcəsi ilə kredit götürüb və bu kredit bankda 6 milyon ABŞ dolları məbləğində əmanətlə təmin olunub. 6 oktyabr 2023-cü il tarixinə Şirkətin 20,3 milyon ABŞ dolları pul vəsaiti və 19,1 milyon ABŞ dolları məbləğində borcu olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
14 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
