AMD süni intellekt şirkəti Nod.ai-ni satın alır
Dünyanın ən böyük prosessor və qrafik kartı istehsalçılarından biri olan AMD süni intellekt şirkəti Nod.ai-ni satın alır. Bu satınalma ilə süni intellekt sahəsində Amerika texnologiya nəhəngi Nvidia ilə yarışa girən AMD, məhsul portfelində portativ, yüksək performanslı süni intellekt həllərini işə salma qabiliyyətini sürətləndirməyi hədəfləyir.ABŞ-ın Kaliforniya ştatında yerləşən yarımkeçirici istehsalçısı AMD süni intellektə əsaslanan Nod.ai şirkətini satın alır.
Marja.az-ın məlumatına görə, Nvidia-nın süni intellektə investisiyalarından sonra, süni intellekt sahəsində AMD-dən də bənzər bir addım atılıb.
“Nod.ai-nin alınması AMD-nin müştərilərini AMD avadanlığı üçün yüksək performanslı süni intellekt proqram təminatı ilə təmin etmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək”, - AMD-nin baş vitse-prezidenti Vamsi Boppana satın alma ilə bağlı bildirib.
Baş ofisi Santa Klarada yerləşən Nod.ai 2013-cü ildə Anuş Elanqovan və Harş Menon tərəfindən təsis edilib. Elanqovan Google-un ilk Chromebook komandasında işləyib və Cisco-da aparıcı mühəndis olub. Menon əvvəllər Google-un həmtəsisçisi Larri Peyc tərəfindən dəstəklənən, fəaliyyətini dayandırmış elektrik təyyarəsi şirkəti olan Kitty Hawk-da işləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
17 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 24 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)









