SOCAR AQŞ daha bir mürəkkəb qazma layihəsini uğurla başa çatdırdı

SOCAR AQŞ mürəkkəb layihələrdən biri olan, eləcə də SOCAR-ın tarixində Günəşli yatağında ilk dəfə 8 saylı platformadan yan lülə quyusu qazıb.
Marja.az şirkətə istinadən məlumatına görə, yan lülə quyusu Fasilə lay dəstəsinə uğurla qazılaraq sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyinə təhvil verilmişdir.
Qeyd edilib ki, quyuda 6 5/8” istismar kəməri daxilində istiqamətləndirici qoyularaq, iki kəmərdən pəncərə kəsilərək yan lülə 2985 metr dərinliyə uğurla qazılmışdır. Qazma əməliyyatları yerinə yetirilərkən real zamanda təzyiqlərə, layların dəyişməsinə və quyu istiqamətinə nəzarət olunmuşdur.
Quyu layihə dərinliyinə qazıldıqdan sonra, 4 ½” istismar quyruq kəməri xüsusi asqı avadanlığı vasitəsilə uğurla endirilmişdir.
Udulmaya meyilli layların mövcudluğunu nəzərə alaraq SOCAR AQŞ bu quyuda ilk dəfə olaraq yeni texnologiyalardan istifadə etməklə istismar quyruq kəmərini sementləmişdir. İstismar quyruq kəməri quyuağzı avadanlıqla birgə plana uyğun olaraq kipliyə sınanmış, sifarişçi tərəfindən təyin edilmiş hədəflər üzrə obyekt tam açılmış və quyu yüksək debitlə istismara verilmişdir.
SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev qeyd edib: “Yan lülə quyularının qazılması uzun illər istismarda olan bir çox quyunun debitini artırmaq üçün olduqca önəmlidir. Belə ki, Günəşli yatağında 300-dən çox quyunun hasilatını yenidən bərpa etmək üçün yan lülə quyularının qazılması xüsusi əhəmiyyət kəsb edir. Bu, ölkənin neft hasilatının uzunömürlülüyünün təmin edilməsinə, quyuların daha məhsuldar olmasına, eləcə də qazma işlərinin səmərəliliyinin artırılmasına xidmət edəcəkdir”.
Quyunun layihələndirməsində və qazılmasında vahid komanda kimi iştirak edən, əməliyyatların keyfiyyətlə və düzgün qaydada yerinə yetirilməsində SOCAR-ın “Azneft” İstehsalat Birliyinin rolu böyük olmuşdur.
Quyunun qazılması zamanı əməliyyatlar sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun aparılmışdır. Hal-hazırda quyuda mənimsəmə işləri uğurla davam etdirilir.
SOCAR AQŞ haqqında:
SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.
Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir.
SOCAR AQŞ 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.
Daha ətraflı: https://www.socar-aqs.com/az/
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
14 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
