"A Qroup Sığorta"nın Yaşıl Kart fəaliyyəti dayandırılıb
"A-Qrup Sığorta" şirkəti "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığorta şirkətlərinin siyahısından çıxarılıb.
Bu barədə Marja.az-a İcbari Sığorta Bürosundan bildirilib.
Hazırda "Yaşıl Kart" sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçı sığorta şirkətləri bunlardır:
“AtaSığorta” ASC,
“Atəşgah Sığorta” ASC,
“Azərbaycan Sənaye Sığorta” ASC,
“Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti”,
“Bakı Sığorta” ASC,
“Meqa Sığorta” ASC,
“Naxçıvansığorta” ASC
“Paşa Sığorta” ASC,
“Qala Sığorta” ASC,
“Xalq Sığorta” ASC.
Bundan əvvəl lisenziyası ləğv edilmiş "Günay Sığorta" şirkətinin adı siyahıdan çıxarılmışdır.
Xatırladaq ki, 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli "Yaşıl Kart" Bürosunun funksiyalarını həyata keçirir. Büro Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.
"Yaşıl Kart" sisteminin başlıca məqsədi xarici avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərin bununla əlaqədar tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq tənzimlənməsidir. Bu məqsədlər üçün, sistemə üzv büroların qarşılıqlı zəmanəti əsasında, avtomobil nəqliyyatı vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin səfər ərzində mülki məsuliyyətini sığortalayan vahid təminat sistemi təşkil edilir. Nəticə etibarı ilə, avtomobil nəqliyyatı vasitələri ilə sistemin əhatə etdiyi xarici ölkələrə səfər edən sürücülərin öz ölkələrindəki sığortaçılardan Yaşıl Kart əldə etməsi onun bütün səfər boyunca mülki məsuliyyətinin tam sığortalanmasını nəzərdə tutur və səfər etdiyi hər bir müvafiq xarici ölkənin sərhədində yeni mülki məsuliyyət sığortası almaq tələbindən azad edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 2 d. əvvəl
-
- 6 d. əvvəl
- 27 d. əvvəl
-
54 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 56 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
İsrail İranda neft-kimya şirkətinə zərbə endirib
Tramp: FED-in faiz artırması yanlış olar
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib























