"Avqustun ikinci yarısı Dollara tələb artacaq"
Mərkəzi Bankın rəsmi məzənnəsində manatın dollara nisbətən güclənməsinə baxmayaraq valyuta bazarında dollar bahalaşıb. Real bazar kursu təklif edən banklarda artıq 100 dollar almaq üçün 170 manatdan çox vəsait ödəmək lazımdı.
İqtisadçı Vüqar Bayramov bildirib ki, bu arada Mərkəzi Bankın valyuta ehtiyatlarının artması və eləcə də manat bazasının müqayisəli çoxalması da bazara hələlik birbaşa təsir göstərməyib:
"Baş bankın son açıqlamasına görə, həm valyuta ehtiyatalarında, həm də pul bazasında artım müşahidə edilib. Belə ki, bankın valyuta ehtiyatları 4,964 milyard dollar, pul bazası isə 8,274 milyard manata çatıb. Bununla belə, hər iki göstərici 2014-cü il ilə müqayisə də yenə də aşağıdır. Belə ki, pul bazası sözügedən ildə 11,866 milyard manat idi. Eyni zamanda, həmin il Mərkəzi Bankın ehtiyatları 15 milyard dollardan çox olub. Bu isə ondan xəbər verir ki, xüsusən də 2014 və 2015-ci illərdə Mərkəzi Bank öz ehtiyatları ilə valyuta bazarına intervensiya etmək məcburiyyətində qalıb".
Bu göstəricilər fonunda ən çox verilən sual manatın məzənnəsinin necə olması ilə bağlıdır:
"Əvvəllər də qeyd etdiyimiz kimi, manat bazası milli valyutanın məzənnəsin təsir göstərən əsas faktor olsa da, idxalın azalması, dollarlaşma səviyyəsi və neftin satışından daxil olmalar məzənnəyə təsir göstərməkdədir. İdxalın azalması və neftin bir barellinin qiymətinin 50 dollar ətrafında dəyişməsi tədiyyə balansına birbaşa təsir göstərir. 2017-ci ilin ikinci yarısında manatın məzənnəsinin müəyyənləşdirilməsində Mərkəzi Bankın mövqeyi yenə də aparıcı olacaq. Mərkəzi Bank son aylar rəsmi məzənnəni çox cüzi dəyişməklə həmçinin cəmiyyətə kursun volatilliyi ilə bağlı mesaj verməyə çalışır. Aydındır ki, hərraca çıxarılan dolların əksər hallarda hamısı satılmadığı üçün bazar qaydaları üçün milli valyutanın kursu yüksəlməlidir. Amma hiss olunur ki, Mərkəzi Bank manatın kəskin möhkəmlənməsində də maraqlı görsənmir. Bu baxımdan, növbəti dövr üçün məzənnənin necə dəyişəcəyini proqnozlaşdıran zaman dollara tələbin necə dəyişəcəyinə diqqət yetirmək lazımdır. İlin sonunadək avqustun ikinci yarısı və sentyabrın birinci yarısı və eləcə də dekbar aylarında dollara tələbin yüksələcəyi gözlənilir. Belə ki, sentyabrda tədris ilinin başlanması ilə bağlı olaraq idxal artır. Eyni zamanda, yeni mövsümün başlaması ərzaq idxalını da artırmış olur. Hərraclarda satılan dolların təxminən 90 faizinin idxal üçün istifadə edildiyini nəzərə alsaq bu zaman xarici valyutaya tələbin artması qaçılmazdır. Ənənəvi olaraq dekabrda dollar tələb yüksəlir. Bu idxalın və eləcə də bayramlar ilə bağlı olaraq səfərlərin sayının artması və o cümlədən dövlət və özəl müəssisələrin xarici borc öhdəlikləri ilə bağlıdır. Sözügedən aylarda dollar tələbin yüksəlməsinin məzənnəyə necə təsir etməsi isə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
1 saat əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
1 saat əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
1 saat əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
2 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır






















