"Ferrum Kapital"da geriləmələr baş verib
Faktorinq məhsulları ilə alıcılara hissə-hissə ödəniş imkanı yaradan "Ferrum Kapital"ın dövriyyəsi azalıb.
"AQA Şirkətlər Qrupu" QSC-yə daxil olan və faktorinq xidmətləri göstərən "Ferrum Kapital" QSC 2023-cü ilin ilk 6 ayını (yanvar-iyun) 2 milyon 17 min manat xalis mənfəət ilə başa vurub. Şirkət ötən ilin eyni dövrünü 2 milyon 369 min manat xalis mənfəət ilə bağalmışdı. Beləliklə, Şirkətin yarımillik xalis mənfəəti 352 min manat azalıb.
Marja.az xəbər verir ki, 2022-ci ilin 6 ayında "Ferrum Kapital" tərəfindən verilmiş cəmi kreditlər (faktorinq) 30 milyon 151 min manat təşkil edib. Şirkət tərəfindən ötən ilin 6 ayında 50 milyon 948 min manat kreditlər verilmişdi. Beləliklə, bu ilin ilk 6 ayında verilmiş kreditlər 20 milyon 797 min manat az olub. Ötən il ay ərzində verilmiş kreditlər 6-11 milyon manat civarında ikən, bu il verilmiş kreditlərin aylıq məbləği 3-6 milyon manat aralığına düşüb.
30 iyun 2023-cü il tarixində Şirkətin debitor borclar portfeli (faktorinq portfeli) 43 milyon 6 min manat təşkil edib. Ötən ilin sonunda debitor borclar 55 milyon 709 min manat təşkil etmişdi. Beləliklə, debitor borclar 12 milyon 703 min manat azalıb.
ŞİRKƏT KİÇİLİB
31 İyun 2022-ci il tarixində "Ferrum Kapital"ın cəmi kativləri 69 milyon 645 min manat ikən, 30 iyun 2023-cü il tarixində 65 milyon 896 min manat olub.
"Ferrum Kapital" nağd şəkildə məhsul ala bilməyən müştərilərə hissə-hissə ödəniş əməliyyatı çərçivəsində borc ayırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb
-
7 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
-
7 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
7 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Son Xəbərlər

Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
