Yeni gömrük postları tikiləcək
Azərbaycan və Gürcüstan yeni gömrük postlarının tikilməsi ilə bağlı müzakirələr aparıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, müzakirələr Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sadıxlı” gömrük postunda Azərbaycan və Gürcüstan gömrük və sərhəd xidmətləri nümayəndə heyətlərinin görüşündə aparılıb.
Görüşdə Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Gürcüstan nümayəndə heyətinə isə bu ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidməti rəisinin müavini Vaxtanq Laşkaradze rəhbərlik edib.
Görüşün əsas mövzusu isə bir müddətdir müzakirə edilən Azərbaycan tərəfdə “Sadıxlı”, Gürcüstan tərəfdə isə “Mtıkvari” sərhəd-gömrük keçid məntəqələrinin əsaslı şəkildə yenidən qurulması və ya yeni gömrük postlarının inşa edilərək istifadəyə verilməsi olub. Tərəflər bu mövzu ilə bağlı əvvəlki görüşlərdə səsləndirilən fikirləri təkrar gözdən keçirib və yeni təkliflərlə çıxış ediblər.
Qeyd edək ki, qarşılıqlı razılaşma əldə edildikdən və hər iki tərəfdə aparılacaq əsaslı tikinti və yenidənqurma işlərindən sonra sərhəd-gömrük keçid məntəqələrinin potensialı artırılacaq, bu da iki ölkə arasında sərnişin və yükdaşımalarla yanaşı, regionun tranzit imkanlarının da xeyli artmasına şərait yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


.jpg)




