AYİB Qafqaz üzrə yeni direktor təyin edib

Alkis Vryenios Drakinos Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə direktoru, regional rəhbəri təyin edilib.
Bank-dan Marja.az-adaxil olmuş məlumatda bildirilir ki, o, vəzifəsinin icrasına 2023-cü il sentyabrın 1-dən başlayacaq və Tbilisidən çalışacaq.
Qeyd edilib ki, Drakinos AYİB-in müvafiq ölkə strategiyalarına uyğun olaraq, Azərbaycan, Ermənistan və Gürcüstan iqtisadiyyatını daha da inkişaf etdirmək üçün hökumət orqanları və bazar iştirakçıları ilə sıx əməkdaşlıq etməklə, investisiyalar, islahatlar üçün siyasət dialoqu və kiçik biznesin maliyyələşdirilməsi və məsləhət xidmətləri vasitəsilə özəl sektorun və əsas infrastrukturun inkişafına dəstək verməklə, Bankın bu üç ölkədəki əməliyyatlarına rəhbərlik edəcək.
Drakinos deyib: “Mən Qafqaza qayıtmaqdan məmnunam. Regiondakı təcrübəmə və AYİB-də əldə etdiyim təcrübəyə əsaslanaraq bu mandatı üzərimə götürməyi səbirsizliklə gözləyirəm. Qafqaz regionuna dəstək Bank üçün əsas prioritetdir. Regionun gələcək inkişafı və qlobal iqtisadiyyata inteqrasiyası üçün böyük potensialı var və mən bu iqtisadiyyatların uğurlarına nəzərə çarpacaq töhfə vermək üçün yerli AYİB komandaları ilə işləməkdə maraqlıyam”.
Yunanıstan vətəndaşı olan cənab Drakinos, Banka ilk dəfə 1993-cü ildə AYİB-in Yunanıstan üzrə İdarə Heyətinin direktorunun müşaviri kimi qoşulmuşdur. Daha sonra 1995-ci ildə Maliyyə Təşkilatları komandasına qoşulmuş və 1998-ci ildə Bankın İrəvanda yerləşən Ermənistandakı Nümayəndəliyinin rəhbəri olmuşdur. KPMG, Eurobank və Qara Dəniz Ticarət və İnkişaf Bankında 12 illik maliyyə məsləhətçiliyi və müxtəlif vəzifələrdə çalışdıqdan sonra o, 2012-ci ildə Türkmənistandakı Nümayəndəliyin rəhbəri kimi yenidən AYİB-ə qoşulmuşdur. 2015-ci ildə isə Bankın Afinada yerləşən Yunanıstan üzrə Nümayəndəliyinin direktor müavini vəzifəsinə təyin olunmuşdur. 2017-ci ilin oktyabrında Özbəkistandakı Nümayəndəliyin rəhbəri vəzifəsinə təyin edilmiş və 3 milyard avrodan çox dəyəri olan 100-dən çox layihənin həyata keçirilməsinə dəstək olmuşdur.
Drakinos Afina Universitetini İqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə bitirmiş və Afinadakı Panteion Universitetində Regional İnkişaf üzrə Magistr dərəcəsi, ardınca isə Mançester Biznes Məktəbində MBA dərəcəsi almışdır. O, həmçinin London Biznes Məktəbinin Korporativ Maliyyə Proqramını bitirmişdir.
O, Bankın Kişinyovda yerləşən Moldova üzrə Nümayəndəliyinin rəhbəri təyin edilmiş Katarina Byorlin Hanseni əvəz edəcəkdir.
Bu günə qədər Bank Qafqazda maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 680 layihəyə 10 milyard avrodan çox sərmayə qoymuşdur. Bu investisiyaların böyük hissəsi özəl sektorun inkişafını dəstəkləməyə yönəldilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 8 saat əvvəl
-
8 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
11 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
