Son bir həftədə Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (14.08.2023-20.08.2023) 27 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 832 071 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 747 nəfər müalicə olunaraq sağalıb, 10 295 nəfər vəfat edib, aktiv xəstə sayı 29 nəfərdir.
Ölkədə son həftə ərzində 2516, hazırkı dövrədək isə 7 668 437 test aparılıb.
XXX
Azərbaycanda avqustun son bir həftədə (14.08.2023-20.08.2023) koronavirus (COVID-19) əleyhinə 166 vaksin vurulub. Həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38, üç və daha çox doza vaksin vurduranların sayı 89, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 10 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 968 857, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 309, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 014, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 382 təşkil edir.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
7 d. əvvəl
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
-
20 d. əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 23 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Ən çox oxunanlar
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti






















