Philip Morris gələcəkdə adi siqaretlərdən imtina etməyi planlaşdırır
Konsernin Almaniya bölməsinin rəhbəri Markus Essinq bildirib ki, şirkət istehlakçılara daha az zərərli alternativlər təklif etmək niyyətindədir.Tütün şirkəti Philip Morris gələcəkdə adi siqaretlərdən imtina etmək və siqaret çəkənlərə daha az zərərli alternativlər təklif etmək niyyətindədir.
Marja.az xəbər verir ki, bu barədə konsernin Almaniya bölməsinin rəhbəri Markus Essinqə istinadən Bild qəzeti məlumat verib.
“Biz bütün dünyada 40 milyondan çox siqaret çəkəni 2025-ci ilə qədər daha az zərərli maddələr olan alternativlərdən istifadə etməyə inandırmaq istəyirik". Bu cür alternativlərə IQOS (qızdırılan tütün və elektron siqaret məhsulları xətti) və digər məhsullar daxildir.
Essinqin sözlərinə görə, adi siqaretlər köhnəlir. Şirkətin istehsalından tam olaraq nə vaxt imtina etməyi planlaşdırdığını soruşduqda, o, "mümkün qədər tez" cavabını verib.
Almaniyada gənc tütün istifadəçilərinin sayı koronavirus pandemiyasından sonra kəskin şəkildə artıb: Sorğuya əsasən, 16-29 yaş arası respondentlərin 11%-i özlərini çox siqaret çəkən kimi tanıyıb. Pandemiyadan əvvəlki dövrlə müqayisədə artım 83% təşkil edib.
Marlboro, L&M, Parliament və Benson & Hedges siqaretlərini də istehsal edən Philip Morris şirkəti hazırda gəlirinin üçdə birindən çoxunu elektron siqaretlər və tütün qızdırma sistemlərindən əldə edir. PMI (Philip Morris International) həmçinin "tüstüsüz gələcəyə" alternativ yollar tapmaq üçün 8,5 milyard funt sterlinqdən (10,6 milyard dollar) çox sərmayə qoyub. Şirkət keçən il qlobal miqyasda 621 milyard siqaret satıb, lakin 2025-ci ilə qədər qazancının ən azı yarısını daha az zərərli hesab edilən məhsullardan əldə etməyi qarşısına məqsəd qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
8 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
-
13 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
20 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 31 d. əvvəl
- 36 d. əvvəl
-
54 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Çinin ixracı yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb





.jpg)
.jpg)










.jpg)






