“Şahdağ” yeməkxanası özəlləşdirildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 23 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, özəlləşdirilən əmlakların sırasında Oğuzda yerləşən “Şahdağ” yeməkxanası və Şəkidə yerləşən yeraltı dayanacaq da var.
Nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Belə ki, hərracda 1 700 manat start qiyməti ilə təklif edilən “Hyundai Getz” markalı avtomobil 8 000 manata satılıb. İlkin qiyməti 4 000 manata olan “VAZ 21723” markalı avtomobil isə 7 900 manata özəlləşdirilib.
Hərracda satılan əmlaklar üzrə dövlət büdcəsinə 259 370 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar 22 və 29 avqustda keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 28 d. əvvəl
- 31 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
15 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
15 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 16 saat əvvəl
-
16 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
