“Yango” Azərbaycandakı müştərilərinin məlumatlarını Rusiya FTB-yə ötürəcək?
“Yandex Go” və ya Rusiya xaricində “Yango” kimi tanınan “Yandex” taksi xidmətinin xarici istifadəçilərin məlumatlarını Rusiyanın Federal Təhlükəsizlik Bürosuna (FTB) ötürülməsi ilə bağlı sentyabrın 1-də qanun qüvvəyə minəcək.
Xarici mətbuat xəbər verir ki, yeni qanuna əsasən, FTB sentyabrın 1-dən günün istənilən saatında Azərbaycan, İsrail, Qazaxıstan, BƏƏ, Əlcəzair, Pakistan, Norveç, Finlandiya, Ermənistan və Gürcüstan kimi ölkələrdə fəaliyyət göstərən “Yango” taksi xidmətinin müştərilərinin məlumatlarını əldə etmək imkanına malik olacaq.
Rusiyanın Baş naziri Mixail Mişustin artıq bununla bağlı qərarı imzalayıb. Ehtimal edilir ki, bu qərar daha çox siyasi repressiyalardan qaçan, səfərbərlikdən yayınan şəxslərə təsir edəcək. Rusiya hakimiyyətinin tələbi ilə dəfələrlə fərarilərin və siyasi fəalların Qazaxıstan və Ermənistandan deportasiyası halları da olub.
Bununla belə “Yandex” şirkəti xarici ölkələrdəki müştərilərin məlumatlarını FTB-yə təqdim etməyəcəklərini açıqlayıb. Şirkətin mətbuat xidmətindən bildirilib ki, səyahətlərlə bağlı məlumatlar yalnız səyahətlərin həyata keçirildiyi ölkənin hüquq-mühafizə orqanları tərəfindən qanunlara uyğun olaraq verilə bilər. Sentyabrın 1-dən də bu qayda dəyişməyəcək”.
Artıq bir sıra ölkələr “Yango” taksi xidmətinə müştərilərinin məlumatlarını Rusiyaya ötürməyi qadağan edib. Finlandiya şirkətin ölkədəki bütün hesablarını dondurub.
Qeyd edilib ki, 2011-ci ildən fəaliyyətə başlayan taksi xidmətindən indiyədək 36 milyon insan istifadə edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır



















.jpg)



