Qlobal bazarlar Çindəki deflyasiya ilə əlaqədar ruhdan düşüb
Çində həm istehlakçı, həm də istehsalçı qiymətləri 2020-ci ildən bəri ilk dəfə düşüb. Məlumatlar qlobal bazarlarda risk iştahını "boğub".Qlobal bazarlar Çinin deflyasiya prosesinə daxil olduğunu göstərən məlumatların açıqlanmasından sonra passivləşib.
Marja.az xəbər verir ki, Asiya indekslərində "qırmızılar" üstünlük təşkil edir.
Çində istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) iyul ayında ötən ilin eyni ayı ilə müqayisədə 0,3% azalıb (deflyasiya qeydə alınıb). Bu, 2021-ci ilin fevral ayından bəri istehlak qiymətlərindəki ilk enişdir. Bloomberg-in sorğusunda proqnoz 0,4% azalmanın açıqlanacağı idi.
İstehsalçı qiymətləri indeksi isə 4,4% azalıb. Bloomberg sorğusuna görə 4% azalma proqnozlaşdırılırdı. İstehsalçı qiymətləri indeksi ardıcıl 10-cu aydır aşağı düşür.
2020-ci ilin Noyabr ayından bəri ilk dəfə olaraq eyni ayda həm istehlak qiymətləri indeksi, həm də istehsal qiymətləri indeksi illik müqayisədə azalıb. Məlumatlar Çin iqtisadiyyatının bərpasında yaşanan çətinliklərə işarə edir. Mənzil bazarında uzun müddətdir davam edən problemlər, ölkənin ixrac məhsullarına qlobal tələbatın azalması və istehlak xərclərinin azalması canlanmaya təzyiq göstərir və stimul (təşviq) gözləntilərini artırır.
Morgan Stanley-in Çin üzrə baş iqtisadçısı Robin Xing deyib: “Çinin deflyasiya dövrünə girdiyi şübhəsizdir. Burada sual bunun nə qədər davam edəcəyidir. Bu, siyasətçilərdən, onların fiskal və pul siyasətlərindən asılıdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 36 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























