30 kiloqramlıq yeşik 7-8 manata təklif olunur - qiymət 15 qəpiyə kimi düşüb

Xaçmazda açıq tarla şəraitində yetişdirilən pomidor sahələrində iyulun 15-dən başlayaraq kütləvi məhsul yığımına başlanılıb. Bu il sahələrdə bol məhsul yetişib.
Hazırda Xaçmaz bazarlarında pomidorun topdansatış qiyməti hər kiloqramına görə 25 qəpikdir. Otuz kiloqrama yaxın pomidorla doldurulmuş yeşik alıcılara 7-8 manata təklif olunur.
Təsərrüfatçı Füzuli Paşayev rayonun Aşağı Zeyid kəndində 0,25 hektar sahədə pomidor becərib. Bol məhsul əldə edən fermer yetişdirdiyi pomidoru sahədən birbaşa topdansatış qiymətinə satmağa üstünlük verir.
“Bizim kənddə sakinlərin əsas məşğuliyyəti pomidor becərməkdir. Bir, iki hektar sahədə pomidor əkənlər var. 5-6 ay zəhmət çəkdikdən sonra məhsul satışını gözləyirik. İyulun ortalarından pomidor satırıq. İlk başlayanda bir kiloqramını 40-50 qəpiyə satırdıq. İndi isə pomidor kütləvi yetişib. Ona görə də qiymət 20-25 qəpiyə kimi ucuzlaşıb”, - deyə Füzuli Paşayev söyləyib.
Bu il Xaçmaz rayonunda 1934 hektar sahədə pomidor əkilib. May ayından sahələrə köçürülən pomidor şitilləri mövsüm boyunca 10-12 dəfə suvarılıb, zərərvericilərə qarşı 4-5 dəfə dərmanlanıb. Bir hektar pomidor sahəsindən orta hesabla 40-50 ton məhsul almaq mümkündür. Xaçmazda əsasən pomidorun “Lajen”, “Sultan”, “Sevimli” növləri becərilir.
Xaçmaz bazarında pomidor topdansatış qiymətə alınaraq paytaxtdakı satış mərkəzlərinə aparılır.
“Fevral ayından bu pomidorun becərilməsi üçün zəhmət çəkirik. İlk məhsul yığılanda pomidorun bir yeşiyi 15-16 manat idi. Kiloqramı 40-50 qəpiyə satırdıq. İndi 15-20 qəpiyə düşüb”, - deyə bazarda pomidor satan təsərrüfatçı Sakit Mütəllimov söyləyib.
Əsasən yerli bazarlara satılan Xaçmaz pomidorunun ixrac potensialı da var. Amma rayonda açıq tarla şəraitində yetişdirilən tərəvəzin çox az hissəsi xaricə göndərilir. Hazırda xaçmazlı təsərrüfatçılar daha çox meyvəçiliyə üstünlük versə də, keçmiş sovet dövründə bu rayonda yetişdirilən pomidor bütün ölkədə məşhur idi. Fermerlər bildirirlər ki, pomidorun xaricə satılması ölkəmizə valyuta gətirməklə yanaşı, fermerlərin daha çox gəlir əldə etməsinə şərait yaradar.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən il Xaçmazda 2003 hektar pomidor sahəsindən 69 min 18 ton məhsul yığılıb.
© Azərtac
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
22 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
2 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
1 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
- 3 saat əvvəl
-
3 saat əvvəl
İngiltərə Mərkəzi Bankının faiz qərarı bazarların yönünü müəyyənləşdirəcək
- 4 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Sentyabrın 19-da gözlənilən hava şəraiti

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Rəsmi məzənnələr açıqlandı
