"Unibank"ın xalis mənfəəti 12 dəfəyə yaxın artıb - BANKIN SON VƏZİYYƏTİ
"Unibank Kommersiya Bankı" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 9 milyon 202 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 790 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Unibank"ın xalis mənfəəti 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 8 milyon 412 min manat və ya 11,6 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
6 AYLIQ FAİZ GƏLİRLƏRİ 100 MİLYON MANATDAN ÇOXDUR
Marja.az xəbər verir ki, "Unibank"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 24 milyon 582 min manat və ya 32,6% artaraq 100 milyon 68 min manat, qeyri-faiz gəlirləri isə 24 milyon 15 min manat və ya 2 dəfə artaraq 48 milyon 271 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ 3,5 DƏFƏ ARTIB
2023-cü ilin birinci yarısında "Unibank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 148 milyon 339 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 120 milyon 156 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 28 milyon 183 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 18 milyon 982 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin birinci yarısında "Unibank"ın əməliyyat mənfəəti 8 milyon 150 min manat təşkil etmidi və 7 milyon 361 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.
CƏMİ AKRİVLƏRİ 1,5 MİLYARD MANATI KEÇİB
"Unibank"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında 119 milyon 907 min manat və ya 8,3% artaraq 30 iyun 2023-cü il tarixində 1 milyard 560 milyon 550 manat təşkil edib.
KREDİT PORTFELİ İLK DƏFƏ 1 MİLYARD MANATI AŞIB
"Unibank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında 115 milyon 856 min manat və ya 13% artaraq1 milyard 5 milyon 449 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 70 milyon 899 min manat artaraq 618 milyon 104 min manata, biznes kreditləri portfeli 36 milyon 637 min manat artaraq 310 milyon 962 min manata, ipoteka kreditləri portfeli 8 milyon 320 min manat artaraq 76 milyon 382 min manata yüksəlib.
"Unibank"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 114 milyon 628 min manat və ya 11,6% artaraq 1 milyard 104 milyon 372 min manata çatıb.
30 İyun 2023-cü il tarixində "Unibank" 139 milyon 574 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
31 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
33 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 45 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
























