"Azərbaycan Sənaye Bankı" 2023-cü ilin birinci yarısını mənfəətlə başa vurub
"Azərbaycan Sənaye Bankı" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 1 milyon 979 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 3 milyon 2 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 1 milyon 24 min manat və ya 34,1% azalıb.
Marja.az xəbər verir ki, 2023-cü ilin birinci yarısında "Azərbaycan Sənaye Bankı"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 21 milyon 10 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərclər) 18 milyon 393 min manat, əməliyyat mənfəəti 2 milyon 613 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 150 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında "Azərbaycan Sənaye Bankı"nın əməliyyat mənfəəti 2 milyon 947 min manat təşkil etmişdi. Ehtiyatdan azad olmuş 816 min manat da mənfəətə əlavə edilmişdi.
2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə "Azərbaycan Sənaye Bankı"nın cəmi əməliyyat gəlirlərinin 4 milyon 599 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 4 milyon 981 min manat artıb. Xərclər gəlirlərdən daha çox artdığından Bankın mənfəəti azalıb.
"Azərbaycan Sənaye Bankı"nın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 5,4% azalaraq 30 iyun 2023-cü il tarixində 707 milyon 533 manat təşkil edib. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 0,2% azalaraq 241 milyon 169 manata düşüb.
"Azərbaycan Sənaye Bankı"nda depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 2,9% azalaraq 436 milyon 624 min manata geriləyib.
30 İyun 2023-cü il tarixində "Azərbaycan Sənaye Bankı" 106 milyon 565 min məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
28 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
30 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 42 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
























