İnflyasiya və qiymət monitorinqi üzrə İşçi qrupun ilk iclası keçirilib
Daxili bazarda qiymətlərlə manipulyasiyaya yol verilməməsi ilə bağlı tədbirlər gücləndiriləcək. Sağlam rəqabətin qorunması, daxili bazarda qiymətlərlə manipulyasiyaya yol verilməməsi və antiinhisar tədbirlərinin gücləndirilməsi iclasda geniş müzakirə olunub.2023-cü ilin iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş, 6 ayın sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə verilmiş tapşırığa əsasən Nazirlər Kabinetinin iyulun 15-də imzalanmış Sərəncamı ilə İşçi qrupu yaradılıb.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
İşçi qrupunun üzərinə qoyulmuş vəzifələr ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsidir.
Bu gün Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə İşçi qrupun ilk iclası keçirilib. İclasda istehlak səbətinə daxil olan məhsul və xidmət növü üzrə qiymətlərin, o cümlədən kənd təsərrüfatı və sənaye məhsullarının istehsalçı qiymət indekslərində dəyişmələrin daha dərindən araşdırılması, ticarət tərəfdaşlarında inflyasiya, eləcə də idxal inflyasiyası ilə bağlı olaraq idxal olunan məhsulların qiymət indeksləri və daxili bazarda qiymətlərə təsiri, inflyasiyanın artırıcı və azaldıcı faktorları və həyata keçirilən antiinflyasiya tədbirləri, habelə sağlam rəqabətin qorunması, daxili bazarda qiymətlərlə manipulyasiyaya yol verilməməsi və antiinhisar tədbirlərinin gücləndirilməsi məsələləri geniş müzakirə olunub.
İclasın yekununda müzakirə olunan məsələlər barədə aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
32 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
34 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 46 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
























