Azərbaycan Hökuməti Ermənistandan Arazdəyəndə zavodun inşasını dayandırmağı tələb edib
Azərbaycan Hökuməti Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edib.
Nazirlər Kabinetindən verilən xəbərə görə, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin adından Ermənistanın ətraf mühit nazirinə ünvanlanan məktubda bildirilib ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddən bir neçə yüz metr aralıda yerləşən Yerasx qəsəbəsi (Arazdəyən) yaxınlığında həyata keçirilən və transsərhəd təsiri ola biləcək fəaliyyətlə bağlı “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”da (Espo Konvensiyası) nəzərdə tutulmuş müvafiq prosedura başlanılıb.
Xüsusi vurğulanıb ki, Espo Konvensiyasının 1-ci Əlavəsinə əsasən, metallurgiya zavodları açıq şəkildə əhəmiyyətli mənfi transsərhəd təsirə səbəb ola biləcək fəaliyyət kimi tanınır.
Espo Konvensiyasının 3.1-ci maddəsinə uyğun olaraq, Ermənistan qeyd olunan fəaliyyətin ətraf mühitə təsiri ilə bağlı Azərbaycanı xəbərdar etməyə borcludur. Lakin, təsirə məruz qalan Tərəf olaraq Azərbaycan Ermənistandan bu layihə ilə bağlı heç bir bildiriş almamışdır.
Vurğulanıb ki, qeyd olunanları nəzərə alaraq, Espo Konvensiyasının 3.7-ci maddəsinə uyğun olaraq, Azərbaycan təsirə məruz qalan Tərəf kimi ilkin mərhələdə Ermənistandan layihənin mənfi transsərhəd təsiri ilə bağlı müzakirələrin aparılması məqsədilə məlumat mübadiləsinin aparılmasını tələb edir.
Eyni zamanda Azərbaycan Hökuməti layihənin transsərhəd təsiri ilə bağlı suallar tam aydınlaşdırılana və adekvat şəkildə baxılana qədər Ermənistan tərəfindən zavodun tikintisinin dərhal dayandırılmasını tələb edib.
Məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının icraçı katibinə də müvafiq bildiriş ünvanlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























