Bank 6 ayda 10 milyon manatdan çox xalis mənfəət əldə edib - İKİQAT ARTIMA NAİL OLUB
"Rabitəbank" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 10 milyon 382 min manat xalis mənfəət ilə başa vurub. Bank, ötən ilin birinci yarısını 5 milyon 161 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Rabitəbank"ın xalis mənfəəti 2 dəfə artıb. Xalis mənfəətin artması əsasən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsaitin kəskin azalması ilə əlaqədardır.
Marja.az xəbər verir ki, 2023-cü ilin birinci yarısında "Rabitəbank"ın faiz gəlirləri 33,3% və ya 10 milyon 525 min manat artaraq 42 milyon 105 min manat, qeyri-faiz gəlirləri isə cüzi (150 min manat) azalaraq 22 milyon 195 min manat təşkil edib.
2023-cü ilin birinci yarısında "Rabitəbank" ASC-nin cəmi əməliyyat gəlirləri 64 milyon 300 min manat, cəmi əməliyyat xərcləri 53 milyon 413 min manat, əməliyyat mənfəəti 10 milyon 887 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 506 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında Bankın cəmi əməliyyat gəlirləri 53 milyon 926 min manat, cəmi əməliyyat xərcləri 43 milyon 628 min manat, əməliyyat mənfəəti 10 milyon 298 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 5 milyon 161 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.
"Rabitəbank" ASC-nin cəmi aktivləri 2023-cü ilin birinci yarısında ötən ilin sonu ilə müqayisədə 70 milyon 477 min manat və ya 7,4% artaraq 30 İyun 2023-cü il tarixində 1 milyard 25 milyon 466 min manata çatıb.
Cari ilin ilk 6 ayında "Rabitəbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 70 milyon 895 min manat və ya 11,6% artaraq 681 milyon 771 min manata yüksəlib.
"Rabitəbank"da depozitlər isə 4 milyon 584 min manat və ya 0,7% aratraq 611 min 587 min manata çatıb.
30 İyun 2023-cü il tarixində "Rabitəbank" 109 milyon 147 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
8 d. əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
-
26 d. əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
31 d. əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 44 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
2 saat əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib























