"Suraxanı Maşınqayırma Zavodu" özəlləşdirməyə hazırlanır
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 100 % dövlətə məxsus "Suraxanı Maşınqayırma Zavodu" ASC-ni özəlləşdirməyə hazırlayır.
Bunu açıqlamasında Dövlət Xidmətinin yanında Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Toğrul İsalı bildirib.
"Müəssisə Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı fərmanla özəlləşdirməyə açıq elan olunub, 2021-ci ildə bizə idarəetməyə verilib. Hazırda onun investorlar üçün cəlbediciliyi artırılır. Bu məqsədlə sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsinə qərar verilib. Bu tədbirlər çərçivəsində də ötən il 26 ədəd ən son texnoloji avadanlıq alınıb, quraşdırılıb. Bundan əlavə, bu avadanlıqlar hesabına müəssisənin rəqabət qabiliyyətliliyinin artırılması və maliyyə dayanıqlığının gücləndirilməsi nəzərdə tutulur ki, gələcəkdə onun özəlləşdirilməsi daha rahat və optimal şəraitdə keçsin", - deyə o qeyd edib.
Telefonunda Telegram var? Marja.az-ın kanalına buradan abunə ol!
"Ümumiyyətlə, müəssisənin istehsal gücünün artırılması, fəaliyyətinin genişləndirilməsi planlaşdırılır. Aldığımız avadanlıq hesabına həm daxili tələbatın ödənilməsi, həmçinin xarici bazara məhsulların təqdim edilməsi, ənənəvi məhsullardan əlavə, yeni məhsulların istehsal olunması, idxal olunan malların yerli məhsullarla əvəz edilməsi planlarımızdadır. Müəssisə hazırda mənfəətlə işləyir və son iki ildə dövlətə dividend ödəyib", - deyə sədr əlavə edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır



















.jpg)



