Dollar əsas valyutalara nisbətdə ucuzlaşır
Çərşənbə axşamı səhər saatlarında dolların digər əsas dünya valyutalarına nisbətdə məzənnəsi düşür. Bazarlar çərşənbə günü açıqlanacaq ABŞ-ın inflyasiya məlumatlarını səbirsizliklə gözləyir.
Marja xəbər verir ki, Avronun dollara nisbətdə məzənnəsi əvvəlki bağlanış 1,0999 dollardan 1,1027 dollara yüksəlib (Avro bahalaşıb, Dollar ucuzlaşıb). Dolların yen qarşısında məzənnəsi 141,31 yendən 140,76 yena kimi ucuzlaşıb. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,2% azalaraq 101,77 bənd təşkil edib.
Çərşənbə günü ABŞ-da inflyasiya ilə bağlı məlumatların dərc ediləcəyi gözlənilir ki, bu da dolların dəyərinə və pul siyasəti gözləntilərinə təsir göstərə bilər. Analitiklər hesab edirlər ki, ölkədə illik inflyasiya iyunda bir ay əvvəlki 4%-dən 3,1%-ə qədər azalıb. Göstərici pik dəyərlərdən əhəmiyyətli dərəcədə aşağı ola bilər, lakin 2% hədəf səviyyəsindən yuxarıdır.
İnflyasiyanın zəifləməsi ilə bağlı məlumatlar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (EED) pul siyasətinin sərtləşdirmə tsiklinin tez başa çatması gözləntilərini dəstəkləyə bilər. Eyni zamanda, bu ay da faizlərin artırılacağı gözlənilir. CME Group-un məlumatına görə, analitiklərin 92,4%-i FED-in iyul ayında faizlərini mövcud 5-5,25%-dən 25 bənd artıracağını düşünür.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 20 d. əvvəl
- 30 d. əvvəl
-
46 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək




























