Agentlik dünyada ilk dəfə baş tutacaq startap “bootcamp”ını elan edir
Dünyanın ən böyük və “unicorn” şirkətlərinin təcrübəsindən yararlana biləcəklər.İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, "Future Education" şirkətinin təşəbbüsü ilə yaradılan “Founders Academy” proqramına qeydiyyat açıq elan edilir.
Qgentliyin yaydığı məlumatda bildirilir ki, “Founders Academy” vasitəsilə yerli startap nümayəndələri və innovasiya proqramlarında operator qismində çalışan şəxslər dünyanın ən böyük və “unicorn” şirkətlərinin təcrübəsindən yararlana biləcəklər.
Proqram Bakıda baş tutacaq iki günlük “bootcamp” və ardınca ölkə xaricində 3 aydan 6 aya qədər davam edəcək təcrübə proqramını özündə birləşdirir.
“Founders Academy” vasitəsilə yerli ekosistem nümayəndələri dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nüfuzlu texnologiya şirkətlərində təcrübə proqramı keçəcəklər.
Proqram çərçivəsində 10 startap və 2 proqram operatorunun seçilməsi nəzərdə tutulub. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya Ekosistemi Departamentinin rəhbəri Yevgeniya Bikmurzina proqram haqqında qeyd edib:
“Böyük məmnunluq hissi ilə bildirmək istəyirəm ki, agentlik olaraq dünyada ilk dəfə startaplar və innovasiya proqramlarında operator qismində çalışan şəxslər üçün beynəlxalq təcrübə proqramını həyata keçiririk. Proqram çərçivəsində Azərbaycan startapları dünyanın fərqli yerlərində fəaliyyət göstərən və yerləşdiyi ölkənin iqtisadi inkişafına böyük töhfələr verən “unicorn” startaplarda və eyni zamanda dünyaca tanınmış qlobal şirkətlərin əsas idarəetmə mərkəzlərində oflayn formatda təcrübə proqramı keçəcəklər. Bu da öz növbəsibdə proqram iştirakçılarına qazandıqları təcrübəni öz startaplarında və rəhbərlik etdikləri proqramlarda tətbiq etmək şansı qazandıracaq”.
Proqramın əsas təşəbbüskarı olan “Future Education” şirkətinin təsisçisi Sebastien Tupi proqramın məqsəd və missiyalarından danışıb:
“Ekosistemin ən vacib resursu insanlardır. Elə bu baxışı əsas götürərək “Founders Academy” proqramının yaradılmasına təşəbbüs göstərdik. Əslində proqramın arxasında dayanan çox uzaqgörən missiya var. Biz bu proqram vasitəsilə ekskluziv öyrənmə təcrübəsi və tanınmış təsisçilər və startaplarla qarşılıqlı əlaqələrin asanlaşdırılmasını təmin edirik. Əsas məqsəd isə Azərbaycanının startap ekosisteminin böyüməsini sürətləndirmək və startapların öz potensiallarını tam şəkildə üzə çıxarmasını təmin etməkdir”.
Qeyd edək ki, proqram çərçivəsində son qeydiyyat tarixi 3 iyul 2023-cü ildir.
Qeydiyyat üçün keçid edin: https://airtable.com/shrcQIxE7nHickDDM
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
16 d. əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 22 d. əvvəl
- 47 d. əvvəl
- 49 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
3 gün ardıcıl qeyri-iş günü olacaq
Ən çox oxunanlar
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb






.jpg)









.jpg)






