TuranBank-ın dəstək olduğu “V Neftçili Yay Futbol Düşərgəsi”nə start verildi
(®) Hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edən TuranBank bu ənənəyə sadiq qalaraq “YAŞAT” Fondunun, “ASAN Könüllüləri” Təşkilatının, “Neftçi” Peşəkar Futbol Klubunun təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə həyata keçirilən “V Neftçili Yay Futbol Düşərgəsi”nə maliyyə dəstəyi göstərib.
16 – 25 iyun tarixlərində Bakı şəhərində baş tutacaq, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan düşərgənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü, veteran futbolçu Səməd Qurbanov, TuranBank-ın İdarə Heyətinin sədri Fəzail Musayev və digər qonaqlar iştirak ediblər.
Düşərgə şəhidlərimizin 6-12 yaş aralığındakı övladlarından ibarət 100 iştirakçını əhatə edir. Layihənin əsas məqsədi gənclərin fiziki sağlamlıqlarının və idmana olan maraqlarının artırılması, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək olmaq, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkilidir.
Açılış mərasiminin ardından TuranBank-ın dəstəyi ilə iştirakçılara xatirə hədiyyələri təqdim edildi və həmçinin idman yarışları, “Neftçi” futbol klubu ilə tanışlıq, əyləncə saatı təşkil olundu. Ümumilikdə tədbirin davam edəcəyi 9 gün ərzində müxtəlif yarışlar, tanınmış idmançılarla görüşlər, ustad dərsləri, ekskursiyalar və əyləncə saatları təşkil olunacaq.
Qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində həssas əhali qruplarını, o cümlədən gələcəyimiz olan uşaqları daim diqqət mərkəzində saxlayır və dəstək olur. Bundan sonra da Bankımız "YAŞAT" Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edərək şəhid ailələrinin sosial təminatına dəstəyini davam etdirəcək.
TuranBank
Bizimlə etibarlıdır...
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 22 saat əvvəl
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























