Azərbaycana 41 milyon avroluq təklif - 8 İLƏ ÖDƏNİLƏCƏK
İyunun 16-da Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycan ilə QDTİB arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri, iyul ayında keçiriləcək Rəhbərlər Şurasının İllik Toplantısı, bankın abunə kapitalının artırılmasında Azərbaycanın iştirakı, regiondakı mövcud geosiyasi vəziyyətin bankın maliyyə durumuna təsiri, ölkəmizdə həyata keçirilən layihələrdə bankın iştirakının genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Qeyd olunub ki, QDTİB-nin Rəhbərlər Şurasının 2021-ci ilin oktyabrında keçirilən 14-cü Xüsusi Toplantısında bankın abunə kapitalının artırılmasına dair qərar qəbul edilib. Azərbaycana ümumi dəyəri 41,032 milyon avro təşkil edən 36,680 ədəd səhm təklif edilib ki, bunun da 12,310 milyon avro məbləğində olan hissəsi 8 il ərzində bərabər hissələrlə banka ödənilməlidir. Abunəliklə bağlı ilk ödəniş 2023-cü ilin sonunadək həyata keçiriləcəkdir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 22 saat əvvəl
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























