"2026-da kartlar ilə aparılan əməliyyatlarda nağdsız əməliyyatların payı 55 faizə çatacaq"
qtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının “FİNTEX SAMMİT 2023” (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” adlı Sammitdə çıxış edib.
O bildirib ki,Beynəlxalq Valyuta Fondunun hazırladığı sənəddə idarəetmə, tənzimləmə və bazarın liberallaşdırılması daxil olmaqla, struktur islahatlarının ortamüddətli perspektivdə Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi artımı 5-7 faiz sürətləndirə biləcəyi göstərilir. Bu mənada maliyyə texnologiyalarının və bu sahədə idarəetmənin təkmilləşdirilməsi zəruri addımdır. Rəqəmsal ödənişlərin qlobal əməliyyat dəyərinin 2023-cü ilin sonuna qədər 6,7 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Azərbaycanın 2023-cü ildə rəqəmsal ödənişlərin xüsusi çəkisi 51 faizə çatıb.
Azərbaycan dövləti 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsində həm də milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi üçün siyasət həyata keçirir.
Qəbul edilmiş strategiyaya əsasən kapital bazarının inkişaf mühitində əhəmiyyətli dəyişikliklər baş verəcək, real sektorun və sahibkarlığın maliyyə xidmətlərinə və resurslarına çıxış imkanlarının genişləndirilməsi mexanizmləri gücləndiriləcəkdir.
Rəqabətli, innovativ və əlçatan ödəniş mühitinin əhatəliliyi, habelə ölkə üzrə nağdsız ödəniş alətlərindən tam istifadə imkanları genişləndiriləcəkdir. Bu əsasda maliyyə dərinliyini ifadə edən göstəricilər davamlı yaxşılaşacaq, iqtisadi subyektlərin milli ödəniş sistemində aparılan əməliyyatlarının həcmi 2026-cı ildə 25 faiz artacaq, o cümlədən ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız əməliyyatların payı 55 faizə çatacaqdır.
Azərbaycanda maliyyə texnologiyalarının inkişafı üçün süni intellekt, maşın öyrənməsi, robo-məsləhətçi, açıq bankçılıq, biometrik tanınma, əşyaların interneti ödənişləri, şəxsi maliyyə idarəetməsi kimi qlobal trendlərə uyğun siyasət həyata keçirilməlidir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















