Yerli şirkətlərin sərgisi başlayır - 150-dən çox şirkətin məhsulları nümayiş olunacaq
Sərgiyə get, yeni əməkdaşlıq qur!“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisində sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox şirkətin məhsul və xidmətləri təqdim olunacaq.
İyunun 8-də “Baku Crystal Hall”da “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi öz işinə başlayacaq.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə keçiriləcək.
Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş olunacaq.
Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır. Sərginin başlıca üstünlüyü iqtisadiyyatın bütün sektorları üzrə məhsul və xidmətlərin təqdim olunmasıdır.
İyunun 10-dək davam edəcək sərgi çərçivəsində, həmçinin, “Böyük qayıdış - işğaldan azad olunmuş ərazilərdə investisiya imkanları və güzəştlər” və “Müasir çağırışlar fonunda iqtisadi transformasiya: rəqabətli və dayanıqlı bizneslərin formalaşması” mövzularında panel müzakirələr təşkil oluncaq, ikitərəfli görüşlər keçiriləcəkdir.
Sərgi 8-10 iyun tarixlərində saat 10.00–18.00-da Bakı sakinləri və şəhərimizin qonaqları üçün açıqdır. Sərgiyə giriş ödənişsizdir.
Qeydiyyat üçün: https://bit.ly/3Ny5T73
Ətraflı məlumat üçün: *0555, (+994 12) 310 15 58, www.marsolexpo.az.
Hər kəsi yerli şirkətlərin məhsul və xidmətləri ilə tanış olmağa dəvət edirik!
Müştərilərin xəbərləri
Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
13 d. əvvəl
AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır
-
- 19 d. əvvəl
-
24 d. əvvəl
Azərbaycanın avtomobil şirkəti özünün logistika şirkətini qurur
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ və Ermənistan “Tramp marşrutu”nun reallaşdırılması üçün birgə işçi qrupu yaradıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank 40-cı filialını Göyçayda açdı
Azərbaycanın avtomobil şirkəti özünün logistika şirkətini qurur
Rəsmi məzənnələr açıqlandı
Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Fabrik avadanlıqları satışa çıxarılıb
BOKT ləğv edilir, kreditorlarına müraciət edir
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur



















.jpg)




