15% gəlir vəd edən istiqrazlar listinqə alındı
“Legion Financial” MMC Lsitinq Məsləhət Proqramına (LMP) qoşularaq Bakı Fond Birjasında istiqrazları listinqə alınıb.5 iyun 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BFB-nin LMP iştirakçısı olan “Legion Financial” MMC -nin ümumi dəyəri 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Birjanın yaydığı məlumata görə, faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 500 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illlik faiz dərəcəsi 15%, tədavül 1800 gün, kupon faizlərinin ödəniş müddəti 30 gündən birdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
"Legion Financial" minik avtomobillərinin maliyyə lizinqinə verilməsi sahəsində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
25 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 41 d. əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib

























