Mərkəzi Bank 2 kredit təşkilatının "kitabını bağladı"
“Viza Kredit" və “Gold Finance” Bank Olmayan Kredit Təşkilatlarını kisenziyaları ləğv edildi.“Gold Finance” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyası və “Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyası Mərkəzi Bankın İdarə Heyətinin 31 may 2023-cü il tarixli Qərarı ilə ləğv edilmişdir.
Marja xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumatda bildirilir:
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank olmayan kredit təşkilatlarının fəaliyyəti və onların dayanıqlı idarəetməsinin gücləndirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə mövcud qanunvericilikdə qabaqcıl və müsbət təcrübələr əsasında mütəmadi təkmilləşdirilmə işləri aparılır, bank olmayan kredit təşkilatları sektorunun inkişafı üzrə strategiyaların formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bununla yanaşı, bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində qanunvericiliyin və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinə riayətin təmin edilməsi məqsədilə zəruri göstərişlər verilir və onların icrası nəzarətdə saxlanılır.
Görülmüş işlər nəticəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fəaliyyətində yol verilmiş pozuntuların aradan qaldırılması barədə nəzarət orqanının göstərişlərinə əməl edilməməsi ilə əlaqədar “Gold Finance” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyası və “Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyası Mərkəzi Bankın İdarə Heyətinin 31 may 2023-cü il tarixli Qərarı ilə ləğv edilmişdir. Qeyd olunmalıdır ki, adı çəkilən təşkilatlar tərəfindən müştərilərə verilmiş kreditlər tam həcmdə “ümidsiz aktiv” təsnifat kateqoriyasında olmuş və kapital tələbləri pozulmuşdur. Bundan əlavə, sözügedən təşkilatlar tərəfindən son bir neçə il ərzində kreditləşmə fəaliyyəti ümumiyyətlə həyata keçirilməmişdir. Bununla əlaqədar, kapitalın bərpası və aktivlərin keyfiyyətinin yaxşılaşdırılması üçün Mərkəzi Bank tərəfindən onlara möhlət və aidiyyəti göstərişlər verilsə də, həmin təşkilatlar tərəfindən zəruri tədbirlər həyata keçirilməmişdir.
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























