Kredit borcları yığan şirkət 1,3 milyon manat xalis mənfəət açıqladı
BOKT "Azkredit" ASC 2022-ci ili 1 milyon 320 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2021-ci ili 1 milyon 331 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, 2021-ci ildə "Azkredit"in faiz gəlirləri 7 min 598 manat ikən, 2022-ci ildə 109 min 61 manata yüksəlib.
Ötən il "Azkredit" 2 milyon 960 min manat "digər gəlirlər" əldə edib (2021-ci ildə 2 milyon 886 min manat). Təşkilat digər gəlirlər hesabına xərclərini bağlayıb və xalis mənfəət əldə edib.
Ötən il "Azkredit"in kredit portfeli 7,5 dəfə artaraq 972 min manata yüksəlib. Təşkilat 2021-ci ilin sonunda 130 min manat kredit portfelinə malik idi.
41 nəfər işçisi olan BOKT "Azkredit" ASC kreditlərin verilməsi və əldə olunan portfel üzrə kredit məbləğlərinin yığımının təmin edilməsi xidmətlərini göstərir.
BOKT "Azkredit" ASC-nin nizamnamə kapitalının 100%-i Əsgərov Qurban Nəcəf oğluna məxsusdur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























