Azərbaycan büdcəsinin təhsil və səhiyyə xərcləri azaldılır
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən səhiyyə ilə bağlı ayırmalar 102,432 milyon manat və yaxud 5,4 % azaldılaraq 1 milyard 906,389 milyon manatdan 1 milyard 803,957 milyon manata endirilir.
Bu, “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, poliklinika və ambulatoriyalar üzrə xərclərin dəyişdirilməyərək 1,802 milyon manat, xəstəxanalar üzrə xərclərin dəyişdirilməyərək 171,384 milyon manat, səhiyyə sahəsində tətbiqi tədqiqatlar üzrə xərclərin dəyişdirilməyərək 2,517 milyon manat, icbari tibbi sığorta fonduna ayırmaların dəyişdirilməyərək 1 milyard 263,820 milyon manat saxlamılması, səhiyyə sahəsində proqram və digər xidmətlər üzrə xərclərin isə 102,432 milyon manat və yaxud 5,9 % azaldılaraq 1 milyard 678,95 milyon manatdan 1 628,252 milyon manata endirilməsi nəzərdə tutulub.
Azərbaycanda təhsil xərcləri cüzi azaldılır
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən təhsillə bağlı ayırmalar 15 milyon 939 min manat və yaxud 0,4 % azaldılaraq 4 milyard 423,103 milyon manatdan 4 milyard 407,164 milyon manata endirilir.
Bu, “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, məktəbəqədər təhsil xərclərinin dəyişdirilməyərək 404,836 milyon manat, ümumi təhsil xərclərinin dəyişdirilməyərək 2 milyard 099,098 milyon manat, peşə təhsili xərclərinin dəyişdirilməyərək 64,168 milyon manat, orta ixtisas təhsili xərclərinin dəyişdirilməyərək 86,714 milyon manat, ali təhsil xərclərinin dəyişdirilməyərək 70,606 milyon manat, əlavə təhsil xərclərinin dəyişdirilməyərək 11,84 milyon manat, təhsildə tətbiqi tədqiqat xərclərinin dəyişdirilməyərək 6,887 milyon manat saxlanılması, təhsil sahəsində digər müəssisə və tədbirlərə xərclərin isə 15,939 milyon manat və yaxud 0,9 % azaldılaraq 1 milyard 678,95 milyon manatdan 1 milyard 663,011 milyon manata endirilməsi nəzərdə tutulub.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























