“Veysəloğlu” Zəngilanın Ağalı kəndinə suvarma avtomobili ianə etdi
(®) Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq çərçivəsində işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması ilə bağlı dəstəyini davam etdirir.
Bu dəfə Şirkətlər Qrupu Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Şərqi Zəngəzur İqtisadi Rayonuna suvarma avtomobili ianə edib. Suvarma avtomobili Zəngilanın Ağalı kəndində tarlaların suvarılması üçün istifadə ediləcəkdir.
Qeyd olunan nəqliyyat vasitəsinin təqdimat mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, VŞQ Müşahidə Şurasının sədri Aydın Talıbov, Qrup CEO Burak Dəniz, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qrupun yüksək rəhbərlik heyəti və media nümayəndələri iştirak edib.
VŞQ Müşahidə Şurasının sədri Aydın Talıbov Qarabağ Dirçəliş Fonduna işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi səylərə görə dərin minnətdarlığını bildirib:
”Veysəloğlu” olaraq biz davamlı inkişafın birgə fəaliyyət tələb etdiyinə inanırıq. Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığımız vasitəsilə biz yenidənqurma prosesini sürətləndirmək üçün lazımi dəstək və resursları təmin etməklə nəzərəçarpacaq fərq yaratmağı hədəfləyirik".
Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev şirkətin bu təşəbbüsünün Qarabağın dirçəlişi prosesində mühüm bir dəyərə malik olduğunu bildirib. O, nümunəvi addıma görə şirkətin rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkürünü bildirib.
“Veysəloğlu" Şirkətlər Qrupu ilk dəfə deyil ki, Fonda ianə edir. Daha öncə də işğaldan azad olunan ərazilərdə aparılan bərpa və quruculuq işlərinə töhfə vermək məqsədilə ianə edərək dəstək olublar. Şirkətin bu təşəbbüsü digərləri üçün örnək olmalıdır”,- deyə Qarabağ Dirçəliş Fondunun İdarə heyətinin sədri Rəhman Hacıyev çıxışı zamanı bildirib.
Suvarma avtomobilinin təqdimat mərasimi Şirkətlər Qrupuna məxsus “AVT Logistics”də keçirilib. Tədbir iştirakçıları eyni zamanda şirkətin quru və soyuq anbarlarını ziyarət ediblər.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Dayanıqlı inkişafı dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 21 d. əvvəl
-
-
34 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 51 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə




























