"Mərkəzi Bankın notları şirkətlərə 9,5 faiz gəlir qazandırıb"
Azərbaycan Mərkəzi Bankının (AMB) notlarının alış və satışına hüquqi şəxslərin də çıxışının təmin edilməsi şirkətlərin vəsaitlərini daha düzgün saxlamasına imkan yaradıb.
Ekspert İntiqam Səfərəliyev açıqlamasında Mərkəzi Bankın notlarının hüquqi şəxslərə 9,5 faiz gəlir qazandırması barədə danışıb.
Bildirib ki, manatın emitenti olan Mərkəzi Bank, eyni zamanda, nominal dəyəri 10 min manat olan notların da emissiyasını həyata keçirir: “Manata və notlara maliyyə aktiv qismində yanaşdıqda, notların manatdan bir neçə fərqi var. İlk olaraq qeyd etmək lazımdır ki, manatı banklar vasitəsilə almaq və satmaq, eyni zamanda, notları investisiya şirkətləri vasitəsilə almaq və satmaq mümkündür. Manat müddət ərzində şirkətlərə heç bir gəlir yaratmır. Notlarda vəsaitin saxlanılması isə hüquqi şəxslərə illik 8-9,5 faiz gəlir qazandırır. Notların tez-tez alınıb satılmasından aylıq 2-3 faiz gəlir əldə etmək mümkündür. Notların müddəti var və həmin müddətin son tarixində Mərkəzi Bank hər bir not üçün 10 min manatı not sahibinin hesabına köçürür”.
İ.Səfərəliyev əlavə edib ki, Mərkəzi Bank hər həftə 120 milyon manatlıq notları hərrac yolu ilə satır. Mayın 18-də keçirilmiş hərracda 9 aylıq notlar ən ucuz qiyməti 9377 manat olmaqla satılıb.
İqtisadçı ekspert vurğulayıb ki, Mərkəzi Bankın qiymətli kağızını almış hüquqi şəxslər onları növbəti gündən etibarən bir saat ərzində ən azı 9400-10 min manat aralığında bir qiymətə sata bilərlər: “Mərkəzi Bankın notları ən likvid maliyyə alətidir. Şirkətlər qısamüddətli boş vəsaitlərindən qazanc məqsədilə məhz notlar vasitəsilə gəlir əldə bilirlər. Notları 9 ay investisiya hesabında saxladıqdan sonra Mərkəzi Bank gələn il yanvarın 25-də hər bir not üçün 10 min manatı investorun bank hesabına birbaşa ödəyir. Beləliklə, investor hər bir not üzrə 9 ay ərzində 623 manat qazanmış olacaq, 623 manat investisiya edilmiş 9377 manata nisbətdə 9,5 faiz illik qazanc deməkdir”.
Onun sözlərinə görə, şirkətlər üçün cari hesablarda olan qalıqlarını manatda saxlamaq heç bir gəlir gətirmədiyi halda, investisiya hesabında notda saxlamaqla illik əlavə 9,5 faiz qazanmaq daha faydalıdır: “Notlar vasitəsilə ən azı şirkətlər öz bizneslərindən gəlir əldə edərkən nağd vəsaitlərini də inflyasiyadan qoruyacaqlar. Burada risk amili sual yaradan nüans kimi ortaya çıxa bilər. Lakin burada fikir qətidir. Hər iki maliyyə alətinin emitenti Mərkəzi Bank olduğu üçün notların riski manatın riski ilə bərabərdir”.
İqtisadçı ekspert diqqətə çatdırıb ki, beş gündən artıq istifadəsiz vəsaiti olan şirkətlər və şəxslər risksiz qazancları əldə edə bilmək üçün mütləq investisiya şirkətləri ilə bu imkanları araşdırmalıdırlar.
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















