Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Növbəti illərdə ən vacib istiqamətlərdən biri işğaldan azad olunmuş ərazilərdə peşə təhsilinin təşkil edilməsidir. Yəqin ki, məlumatlısınız. Keçən il ölkə rəhbərliyinin iştirakı ilə Füzulidə müasir peşə təhsil liseyinin bünövrəsi qoyuldu”.

Bunu  Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib. Onun sözlərinə görə, bu müəssisədə yenə də iqtisadiyyatın inkişaf prioritetlərinə uyğun olaraq ixtisaslara üstünlük verilib:

“Həm sənaye, həm kənd təsərrüfatına aid ixtisaslar, eyni zamanda, yeni ixtisaslar tədris olunacaq. Məsələn, biz Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik. Dron təmiri üzrə emalatxanalar və tədris proqramını hazırlayırıq. Həmçinin aviasiya istiqamətində bir sıra ixtisaslar təklif etməyi düşünürük. Və nəhayət növbəti illərlə bağlı strategiyanın bir hissəsi olaraq biz bir çox rayonlarımızda da peşə təhsili infrastrukturunu yeniləmək istiqamətində çalışırıq. 2026-cı ilə qədər Quba, Qax, Tovuz və Sumqayıtdakı peşə liseylərinin yenidən qurulması və əsaslı təmirini başa çatdırmağı planlaşdırırıq. Bu, o deməkdir ki, ölkəmizin əsas böyük şəhər və rayonlarında vətəndaşların keyfiyyətli, müasir peşə təhsilinə çıxışı təmin ediləcək”.

© APA

24.05.2023 13:05

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18