2022-ci ildə dövlət büdcəsinin kəsiri proqnozlaşdırılandan 55,4 faiz az olub
2022-ci il dövlət büdcəsinin kəsiri (defisit) açıqlanıb.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.
Qeyd edilib ki, 2022-ci il dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 106 milyon manat məbləğində təsdiq olunsa da, faktiki kəsir 1 milyard 385 milyon manat təşkil edib (proqnoza nisbətən 1 milyard 721 milyon manat və ya 55,4 faiz az). Dövlət büdcəsinin kəsiri 2022-ci ilin faktiki ÜDM-in 1,0 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 2,8 faiz-bənd azdır.
Kəsirin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (259,7 milyon manat), daxili və xarici borclanma (976,3 milyon manat), dövlət əmlakının özəlləşdirilməsindən (115,4 milyon manat) daxil olan vəsait və vahid xəzinə hesabının qalığı (33,6 milyon manat) hesabına həyata keçirilib.
Kəsirin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması dövlət büdcəsinə proqnozlaşdırılmış məbləğdən xeyli artıq vergi və gömrük daxilolmaları və dövlət büdcəsinin xərclərinin qənaətlə icra edilməsi hesabına olub.
XXX
2022-ci ildə dövlət büdcəsinin icrasına dair göstəricilər açıqlanıb.
Qeyd edilib ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 30 milyard 679,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 5,1 faiz çox, xərcləri 32 milyard 64,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 0,7 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1 milyard 385 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 55,4 faiz az olub.
2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat proqnoza qarşı 30 milyard 679,6 milyon manat və ya 1 milyard 481,8 milyon manat (5,1 faiz), 2021-ci ilin dövlət büdcəsinin faktiki gəlirləri ilə müqayisədə isə 4 milyard 283,4 milyon manat və ya 16,2 faiz çox icra olunub. Dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 22,9 faiz təşkil edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















