"1-ci turda seçilməyən, 2-ci tura qalan şəxs diktator ola bilər?!"
Prezident Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı "CNN İnternational"a müsahibəsində “İnanıram ki, gələn bazar günü keçiriləcək seçkilərdə xalqım güclü türk demokratiyasını göstərəcək. 90 faizə qədər güclü seçici fəallığı. Bu, çox yaxşıdır. "Bu, vacib bir fəallıqdır. Bu, dünyada heç bir seçkiyə bənzəmir. Ümid edirəm ki, bu seçkilərdən millətim bizi yanıltmayacaq". deyib.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkisinin ikinci turu ilə bağlı "CNN İnternational"a müsahibə verib.
Marja xəbər verir ki. "CNN International"da Becky Andersonun suallarını cavablandıran Ərdoğan, seçki prosesindən tutmuş xarici siyasətə qədər bir çox mövzuda qiymətləndirmələr edib.
Ərdoğan, "Son 20 ildə hər seçkini rahatlıqla qazandınız, seçkilərdə rekordlar qırdınız. Türkiyə tarixində ilk dəfə seçki ikinci tura qaldı. Hazırda özünüzü nə qədər rahat hiss edirsiniz?" sualına isə "İnanıram ki, gələn bazar günü keçiriləcək seçkidə xalqım güclü türk demokratiyasını göstərəcək. 90 faizə qədər güclü seçici fəallığı - bu çox əhəmiyyətli bir iştirakdır" ifadələrdən istifadə edib.
"2-Cİ TURA QALAN NAMİZƏD DİKTATOR OLA BİLƏR?!"
ABŞ prezidenti Co Bayden seçki kampaniyasında onu "avtokrat" (siyasi hakimiyyəti tək başına idarə edən şəxs - red) adlandırmış, Ərdoğan da onu qınamışdı.
Prezident Ərdoğan, "Birinci turda seçilməyən, ikinci tura qalan şəxs diktator ola bilərmi? İndi reallıq budur: “Cumhur İttifakı" parlamentə 322 deputatla təmsil olunacaq, onun başında (İttifaqın - red) duran şəxs isə ikinci tura ən çox səs toplayan namizəd olaraq qatılır. Bu necə diktaturadır?!”,- deyib.
Prezident Ərdoğan, "Yenidən Prezident seçilsəniz, Bayden ilə çalışardınızmı?" sualına, "Baydenlə də çalışacam. Bayden dəyişsə, onu kim əvəz etsə, onunla da işləyəcəm" deyib.
Rəcəb Tayyib Ərdoğan, Sinan Oğanın ikinci turda həlledici olacağını bildirməsi barədə suala, “Mən bu şəkildə danışıqlar aparmağı sevən biri deyiləm” cavabını verib.
“FAİZ DƏRƏCƏLƏRİ NƏ QƏDƏR AŞAĞI OLARSA, İNFLYASİYA DA AŞAĞI OLAR”
Prezident Ərdoğan CNN telekanalına müsahibəsində faiz dərəcələrinin aşağı salınması qərarını müdafiə edərək, bunun artıq müsbət nəticələr verdiyini bildirib. Ərdoğan, faiz dərəcələri ilə inflyasiya arasında bir əlaqə olduğunu deyib: "Faiz dərəcələri nə qədər aşağı olarsa, inflyasiya da bir o qədər aşağı olar. Atdığımız addımların nəticəsini gördük”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
8 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 11 saat əvvəl
-
11 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"



















