"Azərbaycanda öz filialımızı açmaq istəyirik" - Şri-Lanka şirkəti
Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro 2023”) sərgisində Şri-Lankanın “Ceylon Tea Marketing LTD” şirkəti də öz məhsullarını təqdim edir.
Şirkətin sahibi Roşan Nanayakkara Bakı Ekspo Mərkəzində yaradılan şəraitdən məmnunluğunu ifadə edərək deyib ki, Bakı şəhəri və azərbaycanlıların qonaqpərvərliyi ona çox xoş təsir bağışlayıb.
Şirkətin məhsulları haqda məlumat verən qonaq qeyd edib ki, sərgidə təqdim edilən məhsullar Şri-Lankanın seylon çayıdır. Şri-Lankada istehsal edilən çay Rusiya, bəzi Ərəbistan ölkələri ilə yanaşı, digər dövlətlərə də ixrac olunur:
“43 ildən çoxdur ki, fəaliyyət göstərən şirkətimiz fərqli çay çeşidlərinin hazırlanması, qablaşdırılması və istehsalı ilə məşğuldur. Azərbaycanın bəzi şirkətləri ilə də əməkdaşlıq edirik. Gələcəkdə Azərbaycanda öz filialımızı açmaq istəyirik”.

© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 30 d. əvvəl
-
-
43 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə




























