Kredit borcunu ödəmədi, 170 min manatlıq mənzili 118 min manata satıldı
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaş Ramil Hüseynovun şikayəti ilə bağlı açıqlama:
Mayın 17-də Baş Prokurorluğun inzibati binasının qarşısında narazılığını ifadə edən vətəndaş Ramil Hüseynov dəfələrlə prokurorluq orqanlarında qəbul edilərək dinlənilib və hüquqları izah olunub.
Həmin şikayətlə bağlı bildiririk ki, yaşadığı və dəyəri 170 min manat olan mənzilinin girov qoyulması müqabilində Ramil Hüseynova 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondu) vəsaitləri hesabına “Aqrarkredit” QSC tərfindən 50 min manat məbləğində güzəştli kredit vəsaiti verilib.
Borclu tərəfindən öhdəliklərinin icra edilməməsi ilə bağlı QSC-nin mülki iddiası üzrə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsasında 14 iyun 2018-ci il tarixdə mənzil hərrac yolu ilə (ilkin satış qiyməti 186 min manat müəyyən edilməklə) satılaraq borc ödənilib, artıq qalan məbləğ isə vətəndaşa qaytarılıb.
Mənzilin satışı ilə bağlı ilk iki hərracda alıcı olmadığından növbəti hərracda qanunvericiliyin tələbinə əsasən mənzil 118 min manata dəyərləndirilməklə satılmış, lakin Ramil Hüseynov mənzili tərk etməyərək vəsaitin ona verilməsini tələb etmişdir.
Qətnamədən verilən şikayətlər Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, Ali Məhkəmənin 8 may 2019-cu il tarixli qərarı ilə təmin edilməyib.
Bundan sonra, mənzilin qanunsuz olaraq hərrac yolu ilə satılması barədə Ramil Hüseynovun irəli sürdüyü xüsusatlar üzrə Bakı şəhəri Yasamal rayon polis idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı toplanmış material üzrə şikayətçinin göstərdiyi, o cümlədən rəsmi sənədlərin saxtalaşdırılmasına dair qeyd etdiyi xüsusatlarda cinayət hadisəsi müəyyən edilmədiyindən 10 mart 2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub, həmin qərarın qanuniliyi və əsaslılığı Yasamal Rayon Məhkəməsində öyrənilərək 19 aprel 2023-cü il tarixli qərarla qanuni hesab edilib, Bakı Apellyasiya Məhkəməsinin 1 may 2023-cü il tarixli qərarı ilə Yasamal rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























