PAŞA Bankın onlayn kredit məhsulu istifadəçilərinin sayı 120% artıb, yeni məhsullar təqdim ediləcək
"PAŞA Bank Azərbaycanda xüsusi rəqəmsal platforma yaratmış ilk bankdır. Bank bu rəqəmsal platforma vasitəsilə kreditlər ayırır. Keçən il onlayn kredit məhsulunun istifadəçilərinin sayı 120% artıb".
Marja.az xəbər verir ki, bunu 2022-ci il üzrə fəaliyyət nəticələrinə həsr olunmuş mətbuat konfransında PAŞA Bankın İdarə Heyətinin sədri və Baş icraçı direktoru Cavid Quliyev bildirib.
Bankın sədri əlavə edib ki, PAŞA Bank 2023-cü il ərzində bu platforma vasitəsilə kiçik və orta sahibkarlıq subyektlərinə onlayn kreditdən başqa digər onlayn məhsulları da təqdim etməyi planlaşdırır. Bu məhsullar faktorinq, lizinq və digər maliyyə məhsulları olacaqdır.
KOS MÜŞTƏRİLƏRİNİN SAYI 34 MİNƏ ÇATIB
Cavid Quliyev qeyd edib ki, 2022-ci ildə PAŞA Bankın kiçik və orta sahibkarlıq subyekti olan aktiv müştərilərinin sayı 27% artaraq 34 minə, bu subyektlər üzrə Bankın kredit portfeli isə 19% artaraq 300 milyon manata çatıb. Bu artım həm kredit, həm də qeyri-kredit məhsulları üzrə gəlirin 56% artması ilə nəticələnib.
Ötən il PAŞA Bankın kiçik və orta sahibkarlıq subyekti olan müştəriləri əməliyyatların 95%-ni rəqəmsal kanallar üzərindən həyata keçiriblər.
PAŞA Bank onlayın olaraq girovsuz kredit təklif edir. Onlayn şəkildə müştəridən rəsmi məlumatları alınaraq maliyyə analizi aparılır və 24 saat ərzində kredit qərarı bildirilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























