Bağlanan "Günay Bank"da nə qədər vəsait "bata" bilər?
31 Mart 2023-cü il tarixində "Günay Bank"ın 206 milyon manat cəmi öhdəliklərinin təxminən 200 milyon manatı digər şəxslərə və təşkilatlara məxsus olan vəsaitlər olub. Bu vəsaitlərin də təxminən 40 milyon manatının kompensasiya olunacağı bildirilir. Sığortalanmamış vəsaitin məbləği 160 milyon manatdan çox ola bilər.Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə, “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir. Qeyd edilib ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaqdır.
Marja.az-ın məlumatına görə, “Günay Bank” ASC-nin 31 Mart 2023-cü il tarixinə maliyyə hesabatlarında bidirilir ki, Bankın depozit portfeli 108 milyon 566 min manat, o cümlədən fiziki şəxslərin depozitləri 73 milyon 481 min manat, hüquqi şəxslərin depozitləri 35 milyon 85 min manat təşkil edib.
Bankın digər kredit təşkilatıarı və maliyyə institutları qarşısda öhdəlikləri 90 milyon 104 min manat olub.
Beləliklə, kompensasiya olunacaq 38,5 milyon manat xaric, sığortalanmamış vəsaitin məbləği daha yüksək - 160 milyon manat civarında ola bilər. “Günay Bank”ın təqdim etdiyi rəqəmlər 31 Mart 2023-cü il tarixinədir. 01 Aprel - 16 May 2023-cü il tarixlərində bankın öhdəliklərində dəyişiklik ola bilər.
31 Mart 2023-cü il tarixində “Günay Bank”ın cəmi öhdəlikləri 206 milyon 295 min manat təşkil etmişdi.
Həmçinin oxu
“Günay Bank”ın lisenziyası ləğv edildiMüştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























