Ən yuxarı (mobil)_30

"Məzunların əmək bazarına inteqrasiyası barədə yanaşmalar yanlışdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Məzunların əmək bazarına inteqrasiyası barədə yanaşmalar yanlışdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Təhsil proqramları əmək bazarına uyğun hazırlanmalıdır".

Bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin açılış konfransında deyib.

Reklam_3_11

Onun sözlərinə görə, təhsil proqramlarına yanaşma dəyişilməlidir:

"Bu proqramlar əmək bazarına uyğun tərtib edilməlidir. Buna görə proqram hazırlayan Təhsil İnstitutunun əməkdaşlarının peşəkarlığı artırılmalıdır".

Nazir müavini qeyd edib ki, məzunların əmək bazarına inteqrasiyası barədə yanaşmalar yanlışdır: "Uşaqlar ibtidai siniflərdən artıq valideynlərinin peşələri və əmək bazarındakı peşələr barədə məlumatlanmalıdır. Gənclərə peşə seçimləri ilə bağlı istiqamət verilməlidir. Bununla bağlı məktəblərdə maarifləndirmə tədbirləri keçirilir".

© APA

16.05.2023 15:09

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar