ABB investisiya imkanlarını hər kəsə əlçatan etdi!
(®) ABB daha bir faydalı layihəsini təqdim edir. Bankın mobil əlavəsi olan ABB mobile tətbiqində investisiya imkanları da yaradılıb.
Bankın törəmə şirkəti “ABB-İnvest”-lə inteqrasiya sayəsində tətbiqdə bu şirkət vasitəsilə investisiya xidmətləri göstərilir. İstifadəçilər ABB mobile-da investisiya profili yaradaraq səhm və digər qiymətli kağızların alqı-satqısı ilə məşğul olub qazanc fürsətlərindən faydalana bilərlər. Hələlik ABB mobile ilə ABŞ fond bazarlarında investisiyalar etmək mümkündür.
Yaxın gələcəkdə isə imkanlar daha da genişləndiriləcək.
ABB mobile tətbiqi ilə investisiya edib qazanmaq təhlükəsiz, rahat və sadədir. İnvestisiyanı məhz ABB mobile ilə etməyin başqa bir çox mühüm üstünlükləri də var:
-Müştəri birbaşa öz adına səhmlər və digər qiymətli kağızlar alıb-sata bilir.
-250 000 ABŞ dollarınadək pul vəsaiti olmaqla, 500 000 ABŞ dollarınadək qiymətli kağızlar ABŞ-ın qiymətli kağızlar sahəsində İnvestorların Müdafiəsi Korporasiyası (The Securities Investor Protection Corporation) tərəfindən dərhal sığortalanır.
-İnvestisiyaya başlamaq üçün müştəri lazımi sənədləşmələri filiala gəlmədən, SİMA rəqəmsal imzası ilə tam onlayn həyata keçirir.
-Anında yenilənən investisiya portfelini və pulqabındakı dividend qazancını daim nəzarətdə saxlaya bilir.
-Səhmləri tam, yaxud hissəvi almaq imkanı var. İnvestisiyaya kiçik məbləğlərlə də başlamaq olar. Üstəlik, mayın sonuna qədər ABB mobile üzərindən investisiya hesabı açan istifadəçilər qiymətli kağız alışlarını komissiyasız edəcəklər.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib:
“ABB mobile tətbiqimizin funksionallıqları getdikcə genişlənir. O, müştərilərimizin maliyyə xidmətləri ilə bağlı bütün ehtiyaclarını qarşılayan universal platformaya çevrilir. Bu dəfə “ABB İnvest” şirkətimizlə ABB mobile-ın imkanlarını birləşdirdik və investisiya fəaliyyətini hər kəsə əlçatan etdik. Bu yenilik ABB mobile istifadəçiləri üçün yeni qazanc fürsətləri yaradacaq”.
ABB mobile tətbiqi ilə investisiya imkanları haqqında daha ətraflı məlumatları buradan əldə etmək olar. İnvestisiya imkanlarından hələlik iOS istifadəçiləri yararlana bilər. Yaxın günlərdə isə bu imkan Android istifadəçilərinə də açıq olacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























