Azərbaycan əhalisinin 2050-ci ilə kimi artım proqnozu açıqlanıb
Asiya İnkişaf Bankı (AİB) 2050-ci ilə kimi Azərbaycan əhalisinin artım proqnozunu yaxşılaşdırıb.
Bu barədə AİB-ə istinadən xəbər verilir.
Asiya İnkişaf Bankının hesablamalarına görə, 2030-cü ildə Azərbaycan əhalisi 10,7 milyon nəfərə yüksələcək. Bu isə ötən ilki proqnozla müqayisədə 3,5% çoxdur.
Asiya İnkişaf Bankı 2040-cı ildə Azərbaycan əhalisinin 11 milyon nəfərə kimi artacağını, 2050-ci ildə isə 10,9 milyon nəfərə enəcəyini proqnozlaşdırıb. Bu isə Bankın ötənilki proqnozu ilə müqayisədə müvafiq olaraq 6,3% və 5,3% çoxdur.
"Asiya İnkişaf Bankı" dünya əhalisinin artım proqnozunu da yeniləyib. Bank 2030-cü ildə dünya əhalinin 8,5 milyard nəfərə, 2040-cı ildə 9,2 milyard nəfərə, 2050-ci ildə isə 9,7 milyard nəfərə çatacağını açıqlayıb. Bu isə AİB-in 2022-ci il proqnozu ilə müqayisədə müvafiq olaraq 7,2%, 15,3% və 22% çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-fevral ayında əhalinin sayı 8228 nəfər və ya 0,1 faiz artaraq 2023-cü il mart ayının 1-i vəziyyətinə 10 milyon 135 min 373 nəfərə çatıb.
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 4 saat əvvəl
-
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib





















