Beynəlxalq agentlik Kapital Bank-ın reytinq proqnozunu yüksəltdi
Standard & Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinq proqnozunu “stabil”dən “pozitivə” yüksəltdi, uzunmüddətli və qısamüddətli kredit reytinqlərini isə “BB-/B” səviyyəsində təsdiqlədi. Bu reytinqlər ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.
Bu barədə Kapital Bankın yaydığı məlumatda bildirilir.
Agentliyin hesabatında qeyd olunub ki, bu reytinqlər Kapital Bank-ın digər yerli və oxşar beynəlxalq banklarla müqayisədə yüksək gəlirliyindən, aktivlərinin keyfiyyətindən, həmçinin 2022-ci ilin sonuna problemli kreditlərin (“Stage 3”) ümumi portfeldəki həcminin cəmi 2,3% faiz təşkil etməsindən irəli gəlir. “Pozitiv” reytinq proqnozu bankın gəlirlilik, aktivlərin keyfiyyəti və kapitallaşma baxımdan növbəti 12-24 ay ərzində də öz rəqiblərini üstələyəcəyini əks etdirir.
Agentliyin fikrincə, Kapital Bank Azərbaycanın bank sektorunda rekord mənfəət göstəricisinə korporativ, kiçik, orta sahibkarlıq (KOB) və pərakəndə bankçılıq arasında diversifikasiyanın düzgün həyata keçirməsi, aktivlərdən səmərəli istifadə sayəsində nail ola bilib. Bankın 2020-2022-ci illərdə aktivlərinin gəlirliyi (ROA) ortalama 4,5%, kapitalının gəlirliyi (ROE) isə ortalama 36% təşkil edib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























