Azərbaycanın iri holdinqi Trendyol ilə müqavilə bağladı - BİRGƏ ŞİRKƏT YARADILACAQ
Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan Trendyol Azərbaycanın aparıcı konqlomeratı olan PAŞA Holding ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, tərəflər Azərbaycanda birgə elektron ticarət xidmətləri göstərəcək.
Trendyol Qrupunun prezidenti Çağlayan Çetin bu barədə belə bildirib: “PAŞA Holding-in Azərbaycan bazarında olan təcrübəsi və Trendyol-un texnologiya, logistika və istehsalat sahəsində mövcud təcrübəsinin birgə yaratdığı sinerji Azərbaycanda elektron ticarət ekosisteminin inkişafına mühüm töhfələr verəcək. İnanıram ki, bizim strateji tərəfdaşlığımız uğurlu olacaq və qardaş ölkəmiz Azərbaycana müsbət təsir göstərəck”. “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov mövzu üzrə şərh edib: “Artıq neçə müddətdir ki, Azərbaycanda “Trendyol”un məhsul və xidmətlərinə ciddi istehlak tələbi müşahidə olunur. Bu Müqavilə ilə biz həm şirkət olaraq rəqəmsal pərakəndə satış ekosistemində fəaliyyətimizi genişləndirəcəyik, həm də qardaş ölkələrimiz arasında e-ticarət təcrübəsinin paylaşılmasını təmin edəcəyik”.
Cəlal Qasımov bu əməkdaşlığın ölkə bazarında yaradacağı yeni imkanların əhəmiyyətini də vurğulayıb: “Elektron ticarətin sadəliyi, geniş məhsul seçimlərinin təqdim etməsi və rəqabətli qiymət təklif etməsinə görə ölkəmizdə bu sahəyə maraq olduqca yüksəkdir. Bu Müqavilə istifadəçilərə daha geniş məhsul çeşidinə daha sərfəli qiymətlərlə asan çıxış təmin edərək müştəri təcrübəsini yaxşılaşdıracaq. Eyni zamanda, platforma daxilində ölkəmizdə fəaliyyət göstərən şirkətlərin təqdim etdiyi digər maliyyə xidmətləri və loyallıq proqramları da buraya əlavə olunacaq ki, bu da ümumi maliyyə sağlamlığına da töhfə verəcək. Bundan əlavə, cari əməkdaşlıq ölkəmizdə texnologiya və logistika sahələrinin inkişafına töhfə verəcək ki, bu da öz növbəsində həm ölkədaxili çatdırılma xidmətlərinə müsbət təsir göstərəcək, həm yeni iş yerlərinin yaranmasını təşviq edəcək, həm də ölkəmizə xarici yatırımların axınını stimullaşdıracaq”.
Trendyol Qrupunun prezidenti Çağlayan Çetin strateji tərəfdaşlığın ortaq sinerjiləri artıracağını bildirib.
“PAŞA Holding ilə biz bu maraqlı strateji tərəfdaşlıqda ilk addımı atdıq. İnfrastrukturumuz tamamlandıqdan sonra Azərbaycanda fəaliyyətə başlayacağıq. Qeyd edim ki, ötən il Azərbaycan “Trendyol”a daxil edilən beynəlxalq sifarişlərə görə birinci yerdə qərarlaşıb. Bundan əlavə, Trendyol tətbiqi 2022-ci ildə Azərbaycanda ən çox yüklənən proqram olub. Düşünürəm ki, PAŞA Holding-in Azərbaycan bazarındakı təcrübəsi Trendyol-un texnologiya, logistika və istehsal sahəsində təcrübəsi ilə birlikdə həm şirktlərin, həm də ölkələrimizin iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcək. Platforma Türkiyə və Azərbaycan istehsalçılarını, satıcılarını və müştərilərini bir araya gətirməyə xidmət edəcək və beləliklə, hər iki ölkənin maraqlarına xidmət edən ilk ekosistem olacaq. Odurk ki, biz strateji tərəfdaşlığımızın uğuruna və onun qardaş ölkəmiz Azərbaycana göstərəcəyi müsbət təsirə inanırıq” – Çağlayan Çetin vurğulayıb. “Bu təşəbbüs həm də sərhədlərarası ticarəti asanlaşdırmaq və regionda iqtisadi artımı təşviq etməklə Türkiyə və Azərbaycan arasında əməkdaşlıq əlaqələrini gücləndirəcək” – cənab Çetin əlavə edib.
Trendyol və PAŞA Holding Azərbaycanda e-ticarət xidmətlərinin göstərilməsi üçün birgə şirkətin yaradılması barədə razılığa gəliblər.
Trendyol haqqında: 2010-cu ildə qurulan Trendyol, Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biridir. Şirkət Türkiyənin R&D mərkəzləri, Trendyol Tech, Trendyol Express, Trendyol Go, Dolap, eləcə də Türkiyənin ən sürətli logistika və çatdırılma şəbəkələri daxil olmaqla bir çox şirkətləri ehtiva edir. Bundan əlavə, trendyol.com/de (Alman müştəriləri üçün) və trendyol.com/en vasitəsilə Trendyol türk istehsalçılarını 27 Avropa ölkəsi ilə bir araya gətirir. Trendyol həmçinin B2B modeli ilə partnyor platformaları vasitəsilə 90-dan çox ölkədəki müştərilərə çıxış əladə edir və yerli istehsalçılar üçün ümumilikdə 100-dən çox ölkəyə elektron ixrac imkanı yaradır. Trendyol müştərilərə birbaşa Azərbaycanda öz platforması vasitəsilə xidmət göstərəcək.
PAŞA Holding haqqında: 2006-cı ildə təsis edilən PAŞA Holding Azərbaycanda bankçılıq, sığorta, tikinti, kənd təsərrüfatı, qonaqpərvərlik və digər sahələr də daxil olmaqla, müxtəlif sektorlarda fəaliyyət göstərir. Ənənəvi oflayn biznesləri ilə yanaşı, PAŞA Holding istehlakçılar üçün əsas pərakəndə bankçılıq xidmətləri (yəni, Kapital Bank tərəfindən BirBank) ətrafında əlavə rəqəmsal xidmətlər təklif edirək ekosistem formalaşdırıb. Bu xidmətlərə bonus proqramı, B2C (yəni biznesdən müştəriyə yönəlmiş) bazarı, rəqəmsal pul kisəsi və digər xidmətlər daxildir.
Müştərilərin xəbərləri
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
38 d. əvvəl
Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil idxal olunub
-
-
47 d. əvvəl
Azərbaycanın idxalı artıb, ixracı azalıb - SALDO 2,5 DƏFƏ KİÇİLİB
-
51 d. əvvəl
“PAŞA Bank” sahibkar dostunuzla birgə qazandıran yeni layihə təqdim edir
-
1 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərpoçt” “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzalayıb
-
3 saat əvvəl
AZAL təyyarə salonunda smartfonların “powerbank” ilə doldurulmasını qadağan edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil idxal olunub
Azərbaycanın idxalı artıb, ixracı azalıb - SALDO 2,5 DƏFƏ KİÇİLİB
İlham Əliyev “SİMA” imzadan danışdı
Noyabrın 18-də gözlənilən hava şəraiti
Azərbaycanın kapital bazarlarında tarixi saziş
Ən çox oxunanlar
“Azərpoçt” “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzalayıb
Göygöl Şərab Zavodu Çin Xalq Respublikasında 8-ci Beynəlxalq İdxal Sərgisində iştirak etdi
Bu peşə sahiblərinə KOMİSSİYASIZ KREDİT – XÜSUSİ TƏKLİF
Çin dövlətindən "boz bazar"a zərbə
Naxçıvanda 123 layihə üçün 12 milyon manat güzəştli kredit ayrılıb
Bitcoin-in qiyməti ötən ilin sonundakı səviyyəsindən də aşağı düşdü
















.jpg)


.jpg)



