Neft Fondunun əməkdaşlarını sığortalayıb
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) əməkdaşlarının könüllü tibbi sığortasını həyata keçirəcək sığortaçını müəyyən edib. Bu barədə fonddan məlumat verilib.
““AtaSığorta” şirkəti ARDNF-in əməkdalarının könüllü tibbi sığortası üzrə sığortaçı seçilib. Dekabrın 23-də şirkətlə sığorta xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanıb”, - deyə məlumatda bildirilir.
“AtaSığorta” 2004-cü ilin sentyabr ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biridir. Şirkətin ödənilmiş nizamnamə kapitalı 10 mln. manata bərabərdir. “AtaHolding” şirkətin yeganə səhmdarıdır.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















